23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Paşinyandan “soyqırımı” ilə bağlı sürpriz qərar: Qadağa qoyuldu

 Paşinyandan “soyqırımı” ilə bağlı sürpriz qərar: Qadağa qoyuldu

Ermənistan Baş naziri Nikol Paşinyanın qondarma soyqırımı abidəsinə ziyarəti canlı yayımla işıqlandırılmayacaq.

YeniZamantv.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Bir müddət əvvəl baş nazirin dəftərxanası açıqlamışdı ki, “erməni soyqırımı”nın 109-cu ildönümü ilə əlaqədar Ermənistan rəhbərliyi tərəfindən anma mərasimi təntənəli olacaq, “İctimai” TV canlı yayımlayacaq.

Ermənistan Baş Naziri Aparatı tədbiri işıqlandırmaq üçün yalnız fotoqrafları akkreditasiya edəcək. “Tsitsernakaberd” memorialına media nümayəndələrinin girişi saat 09:30-dan açıq olacaq.

Yəni jurnalistlərin nə Paşinyan, nə də hansısa digər yüksək vəzifəli məmura yaxınlaşıb sual vermək imkanı olacaq”, – məlumatda deyilir.

Nikol Paşinyan qondarma olayla bağlı son çıxışında “soyqırımı” yerinə “böyük fəlakət” ifadəsinə yer vermişdi. Onun bu davranışı ölkəsində qızğın müzakirələrə səbəb olub.

Qondarma soyqırımının ildönümü aprelin 24-dədir.

Paylaşın:

Digər yazılar