22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

TARİXİ və HÜQUQİ ƏSASI OLMAYAN 24 APREL -QONDARMA “ERMƏNİ SOYQIRIMI”

 TARİXİ və HÜQUQİ ƏSASI OLMAYAN 24 APREL -QONDARMA “ERMƏNİ SOYQIRIMI”
Ermənilərin uydurduqları 24 aprel 1915-ci il soyqırımı həqiqətən olubmu?
YeniZamantv.az “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın yazısını təqdim edir:

Dünyanın bir çox ölkələrində 1950-ci illərdən bəri kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan, 70 ildən çox müddət ərzində avantürist və saxtakar erməni “tarixçiləri”nin əsassız iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdirən, həmin ölkələrin əksəriyyətində “soyqırım” abidələrinin qoyulmasına nail olan, yalanlarını təbliğ edən 45000 sayt yaradan, filmlər çəkdirən, bəzi ölkələrdə mövzunu dərsliklərə belə saldıran, kitablar yazdıran və bəzi demokratik Avropa dövlətlərində “soyqırım yoxdur” deyənin cəzalandırılmasını qanuniləşdirməyə çalışan, hətta 2015-ci ildə “erməni soyqırımı”nın 100 illiyinin qeyd olunması və təzminat tələbləri üçün Dünya Kilsələr Birıiyinin (WCC) üzvü olan kilsələrin, beynəlxalq təşkilatların, hüquqşünasların və insan haqları müdafiəçilərinin iştirakı ilə Cenevrədə beynəlxalq konfrans təşkil etməyə nail olan, DKB-nin Cenevrə Kafedralında “soyqırımı qurbanlarını” anmaq üçün dua ayinin təşkil etdirən ermənilərin uydurduqları 24 aprel 1915-ci il soyqırımı həqiqətən olubmu?

24 aprel qondarma erməni soyqırımı günü dünyanı idarə edən qlobal güclərin Türk dünyasına qarşı silahı və kiçik millətin böyük iddialarından başqa bir şey deyildır. Baş verməmiş, ermənilərin heç ağlına belə gəlməyən “soyqırımı” haqqında ilk dəfə arayışı 1915-ci ildə Amerikanın İstanbuldakı Konsulluğunun rəhbəri Morgen Tau hazırlayıb və beləliklə də günümüzə qədər davam edən saxta təbliğat başlayıb…
Artiq 100 ildən artıq zaman ərzində, erməni lobbisinin fəaliyyəti nəticəsində bütün dünyanı bürüyən 24 aprel tarixi əslində özündə nəyi ehtiva edir? Ermənilərin dünya ictimaiyyətini inandırmağa çalışdıqları qondarma soyqırımı iddiaları haradan belə qaynaqlanır?
Tarixə nəzər salsaq, “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan avantürist erməni millətçilərinin, “mütəfəkkir və tarixçiləri”nin yüz ildən artıqdır ki, qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını irəli sürdüklərinin, əslində isə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirdiklərinin, dəhşətli cinayətlərə əl atdıqlarının şahidi olarıq. Faktlara istinadən deyə bilərik ki, heç bir hüquqa əsaslanmayan iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini “milli mübarizə” yoluna çevirmiş bədxah ermənilər mərhələlərlə müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmişlər.
Kökündə saxtakarlıq, riyakarlıq, xəyanət, özününküləşdirmə, əxlaqsızlıq, oğurluq ehtiva edən, əslində erməni havadarları üçün türk dünyasına qarşı “güclü silah” olsa da, qondarma nəzəriyyədən başqa bir şey olmayan “erməni soyqırımı” tarixi istilah kimi XX əsrin əvvəllərində yaranmasına baxmayaraq, tarixi kökləri xeyli əvvələ gedib çıxır.
Erməni “mütəfəkkirləri” və “tədqiqatçılarının” ərsəyə gətirdikləri uydurma tarixdən fərqli olaraq, real tarixə nəzər salsaq görərik ki, XIX əsrin sonlarına yaxın Osmanlı İmperiyasında ən mühüm problemlərdən biri “erməni məsələsi” olub. Qondarma erməni məsələsi Qərb dövlətlərinin Osmanlı dövlətini zəiflətməyə və daxili işlərinə müdaxilə etməyə başladığı dövrdən sonra gündəmə gəlib. “Erməni soyqırımı” dünyanın hansı coğrafi ərazisində yaşamağından asılı olmayaraq, bəşəriyyətə 200 ildən bəri zorla qəbul etdirilən “böyük Ermənistan” yaratmaq məqsədinə xidmət edən, erməni “mütəfəkkir və tədqiqatçılarının” yalanlarından və uydurulmuş illüziyalarından başqa bir şey deyil.
RUSLARIN, FRANSIZLARIN VƏ İNGİLİSLƏRİN TƏHRİKİ İLƏ XƏYANƏT.
1877-1878-ci illər rus-türk müharibəsində məğlub olan Osmanlı İmperiyası Şərqi Anadolunun bir hissəsini təzminat olaraq Rusiyaya verməli olub. Bəsrə körfəzi və Hindistanda müstəmləkələrini itirmək qorxusuna düşən İngiltərə bundan sonra sürətlə Şərqi Anadoluda konsulluqlarını açmağa başlayıb. Ardınca da həmin ərazilərə protestant missionerlərini yerləşdirib. Şərqi Anadoluda erməni dövləti qurmaq niyyətində olan ingilislər mətbuatda həmin ərazini “Ermənistan” adlandırıblar. Beləliklə, həmin vaxtdan Qərb dövlətləri tərəfindən silahlandırılan və terror yolunu seçən erməni dəstələri Türkiyə ərazisində ardı-arası kəsilməyən üsyanlara başlayıb.
30 sentyabr 1885-ci ildə erməni terror təşkilatının bir qrup silahlı fəal üzvü İstanbulun Qumqapı məhəlləsində polisə qarşı silahlı “müqavimət” göstərib. Nəticədə polislər və erməni millətindən olmayan mülki əhali arasında ölənlər olub. Erməni terrorçuları və tərəfdarlarının əməlləri nəticəsində şəhər 3 gün ərzində iflic vəziyyətə düşüb. Durğunluq illərində və Osmanlı imperiyasının süqut etdiyi dövrdə ermənilər türk dövlətçiliyinə, türk soyuna qarşı rusların, fransızların və ingilislərin təhriki ilə xəyanət yolu tutaraq, 1890-cı ildən 1914-cü ilə kimi, yəni I Dünya Müharibəsi başlayanadək Türkiyə ərazisində kütləvi erməni üsyanları qaldırıblar. Elə həmin səbəbdən də 1915-ci ildə Osmanlı dövləti daxilində nankor ermənilərin soyqırımı deyil, deportasiyası haqda qərar verilib.
Yenə də tədqiqatlara dayanaraq tarixə nəzər salaq: Osmanlı İmperiyası ərazisində erməni millətçilərin azlıq təşkil etdikləri bölgələrdə türk və kürd əhalini işgəncələrə məruz qoyaraq, qətlə yetirdikdən sonra kəndləri yandırıb, dağlara çəkildiklərinin şahidi oluruq. Terror dəstələrinin əvvəlcədən hazırladıqları plana görə, bütün baş verən qanlı hadisələrdən qəzəblənmiş müsəlmanlar guya “zavallı və yardıma ehtiyacı olan” ermənilərə hücum edəcəkdilər. Bunun nəticəsində isə Rusiya və digər güclü dövlətlər Türkiyəyə təzyiq edərək, ermənilərə müstəqillik və Şərqi Anadoluda muxtariyyət verməyə məcbur edəcəkdilər. Sonda isə müsəlman əhali “yeni Ermənistan” dan ya öz istəkləri ilə, ya da zorla köçürüləcəkdilər. Ermənilərin bu xisləti barədə hələ 1808-сi ildə fransız utopik sosialisti Şarl Furye yazırdı: “Ermənilər özlərinə xas olan saxtakarlıqlarını böyük ustalıqla gizlədə bilirlər. Qarşılarındakı şəxsləri saxtakarlıq və riyakarlıqla inandıra bilirlər…”
FRANSIZ MÜTƏFƏKKİRİ DYÜMONUN ARAŞDIRMASI NƏYİ SÜBUT EDİB?
Soyqırımı bir millətin hər hansı bir dövlət tərəfindən etnik və dini baxışlarına görə fiziki olaraq məhv edilməsi siyasətidir. Genosidi digər cinayətlərdən fərqləndirən xüsusiyyət isə onun şüurlu şəkildə və müəyyən niyyətlə törədilməsidir. Fransız hüquqşünası Henri Donnedi de Farbes soyqırımı cinayətini irqi nifrət zəminində hər hansı bir ölkədə insanlıq əleyhinə törədilmiş cinayətlərdən biri kimi şərh edib.
Əslində ermənilərə qarşı heç bir soyqırımı baş verməmişdi. Bu xəstə təxəyyüllü, saxtakar erməni “tarixçiləri”nin “böyük Ermənistan” dövlətini yaratmaq üçün müəyyən məqsədlərə çatmaq naminə uydurduqları, olmayan bir “soyqırımı”dır.
1885-ci ildə tanınmış alman jurnalisti Vilhelm Libknext “Forverst” qəzetində erməni hərəkatını erməni terror təşkilatlarının fəaliyyətinin nəticəsi kimi səciyyələndirərək, müsəlman əhaliyə qarşı aparılan təbliğatın gücləndiyini də vurğulayırdı. Tiflisdə nəşr olunan “Mşak” erməni qəzetinin redaktoru erməni yaraqlı dəstələrinin ərzaq anbarlarına basqın etdikləri, siyasi qətllər törətdikləri vaxtda müsəlmanlara yaşadıqları torpaqlardan çıxıb getməyi, “Ərəbistan səhralarına köçməyi” təklif edirdi.
Tanınmış fransız mütəfəkkiri Dyümon “erməni soyqırımı” ilə bağlı Fransa və İngiltərə Daxili İşlər Nazirliklərinin arxivlərində saxlanılan sənədlər üzərində apardığı tədqiqatlara görə ermənilərə qarşı heç bir soyqırımı törədilmədiyini, əksinə erməni terrorçuları tərəfindən həyata keçirilmiş qanlı və faciəli hadisələr zamanı hər iki tərəfin zərər çəkdiyini təsdiqləyib. Dyümona görə, I Dünya müharibəsi zamanı erməni ticarət burjuaziyasının maliyyəsi, rus və ingilis müşavirlərin yardımı ilə mükəmməl silahlanmış erməni terrorçu quldur dəstələri yaradılıb. Bu terror dəstələri tərəfindən törədilmiş hücumlar nəticəsində 60 mindən çox günahsız mülki əhali: türk və kürd qətlə yetirilib. Beləliklə, ermənilərin təzyiqi və tələbi ilə rus ordusu Şərqi Anadolunu işğal edib. Dinc mülki əhaliyə qarşı törətdikləri vəhşiliklərdən cana doymuş və qəzəblənmiş Türk ordusu işğalçılara qarşı bütün gücünü səfərbər edərək, rus ordusuna hücuma keçib. Türk ordusuna qarşı davam gətirə bilməyən ruslar, erməni əsgərləri ilə birlikdə Rusiya imperiyasının sərhədlərinə, Zaqafqaziyaya çəkiliblər. Təbii ki, Türkiyə ərazisində yaşayan ermənilər girov olaraq orada qalmalı olublar. Beləliklə, Daşnaksütun partiyasının fəal üzvləri və xalqı idarə edən erməni din xadimlərinin əvvəlcədən yazdıqları ssenari baş tutub. Türkiyə Dövlət Arxivləri Baş İdarəsinin məlumatına görə, ermənilər 1906-1922-ci illərdə 2 milyona yaxın türkü qətlə yetiriblər. O tarixlərdə yalnız Anadolu və Qafqazda öldürülən türklərin sayı 517 min 955 nəfərdən çox olub. Beləliklə, Osmanlı İmperiyasında geniş vüsət almış erməni terrorizmini müasir beynəlxalq terrorizmin bazisi adlandıra bilərik.
Terrorizm zəiflərin ideologiyası və strategiyasıdır. Artıq XX əsrin sonlarında erməni terrorizmi beynəlxalq terrorizmin ən qorxulu qoluna çevrildi. Coğrafi ərazidən asılı olmayaraq, terror aktları həyata keçirən 27 güclü terror təşkilatından 12-si, uzun illərdən bəri təcrübəyə malik olan ermənilərə məxsusdur. Dövlət səviyyəsində qorxulu və təhlükəli olan erməni terrorizmi başlıca olaraq etnik təmizləmə, soyqırımı, separatçı aktların həyata keçirilməsi vasitəsinə çevrilib.
MƏQSƏDLƏRƏ ÇATMAQ ÜÇÜN ZAMAN-ZAMAN TERROR METODLARINDAN İSTİFADƏ EDİLİB.
I Dünya müharibəsi zamanı o dövrün mürəkkəb və təlatümlü proseslərindən yararlanan bədxah ermənilərin ən böyük hissəsi Fransaya köç etməyi qərara alıb. Sözsüz ki, bu prosesdə din amili də az rol oynamayıb. Ermənilər köç etdikləri Çar Rusiyasında, yəni Şimali və Cənubi Qafqazda – Azərbaycanda da yerli xalqlara qarşı eyni separatçı, satqın fəaliyyətdə olub və bu siyasəti davam etdiriblər. Özlərindən lazım gələn zaman “alət” kimi istifadəyə etməyə həvəslə razı olublar. Həmçinin ABŞ Konqresində vaxtaşırı “soyqırım” məsələsini gündəmə gətirirlər.
1918-ci ildə çağdaş ermənilərin “tarixi vətənləri” olan əzəli Azərbaycan ərazilərində, qədim İrəvan xanlığının torpaqlarında “qurduqları” Ermənistan Respublikasının dövlət səviyyəsində dəstəklədiyi soyqırımı və terror siyasəti ilə qonşu dövlətlərin torpaqlarını işğal edərək “böyük Ermənistan” yaratmaq niyyəti bütün dünyaya məlumdur. Eyni zamanda, bu dövlətin xarici və daxili siyasətində istənilən məqsədlərə çatmaq üçün zaman-zaman terror metodlarından istifadə edilməsinin ənənəyə çevrilməsi də sirr deyil.
Beynəlxalq terrorizmin dəhşətli və qorxulu qolu olan erməni terrorizmi Ermənistan dövlətinin siyasətinə və ideologiyasına çevrildiyi üçün aborigen əhali olan azərbaycanlılar XX əsrdə 3 dəfə Qərbi Azərbaycandan, yəni indiki Ermənistandan deportasiya olunublar. Sonuncu dəfə, 1988-ci ilin yanvar ayından başlayaraq Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti başlanıb. “Azərbaycanlılarsız Ermənistan” şüarı altında həyata keçirilən etnik təmizləmə nəticəsində hakim dairələrinin himayəsi və razılığı əsasında hazırkı Ermənistan adlanan dövlətin ərazisindən 40897 azərbaycanlı ailəsi 185 yaşayış məntəqəsindən zorla qovulub, 217 şəxs ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib. Canını qurtarmaq üçün qaçan onlarla azərbaycanlı itkin düşüb. İtkin düşmüş şəxslərin taleyi bu günə kimi naməlum olaraq qalır. Ümumilikdə 300 min nəfər azərbaycanlı öz tarixi-etnik torpaqlarından deportasiya edilərək, mənzil və əmlaklarından məhrum edilib.
QƏRBİ AZƏRBAYCANDAN OLANLARA QARŞI DAHA  AMANSIZ OLUBLAR
XX əsrdə, insan hüquqlarının mükəmməl şəkildə hazırlanıb, təsdiqini tapdığı 9 dekabr 1948-ci il tarixli BMT Baş Məclisinin Genosid Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyasının, BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli İnsan Hüquqları Haqqında Bəyannaməsinin, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının qəbul olunmasından yarım əsrdən də çox vaxt keçdiyi bir dövrdə öz doğma torpaqlarından qovulmuş azərbaycanlılar yollarda erməni terrorçuları tərəfindən qarətlərə, zorakılığa, amansızlığa, alçaldıcı hərəkətlərə məruz qalıblar.
Tarixən qəbul edilmiş qənaətdir ki, zəif dövlətlərin terrorizmi ideoloji və praktiki olaraq dəstəkləməsinin müxtəlif səbəbləri mövcuddur. Onlardan ən başlıcası uğursuz siyasəti və cəmiyyətin idarə edilməsindəki problemləri milli şüurda “tarixi inciklik və əzablarla” ört-basdır etməkdir. Eyni zamanda, terrorizmlə səsləşən ideoloji təsəvvür və stereotiplərlə mütərəqqi bəşəriyyət üçün ciddi təhlükə sayılan, dövlət səviyyəsində dəstəklənən erməni terrorizminin məkrli plan və proqramlarının tərkib hissəsi olan, kütləvi şəkildə insan hüquqlarını pozaraq həyata keçirdikləri terror aktları nəticəsində 27 sentyabr 2020-ci il tarixində işğalçı Ermənistanın təcavüzünə son qoyulan 44 günlük Vətən Müharibəsinə qədər 20 faiz torpaqlarımız işğal olunmuşdu. İşğal nəticəsində 700 min nəfər Dağlıq Qarabağ və ətraf ərazilərin sakinləri, ümumilikdə 1 milyon insan öz doğma yurd-yuvasından didərgin salınaraq, qaçqın və məcburi köçkünə çevrilmişdi.
Qondarma erməni soyqırımı yalanlarını və uydurma tarixlərini başlarının üzərində bayraq edən erməni terrorçuları vurduqları ağır zərbələrlə mütərəqqi bəşəriyyətin leksikonunda artıq arxaikləşməyə doğru gedən ”əsir”, “girov”, “itkin” məfhumlarını xalqımızın yaddaşına həkk etdi.
Münaqişə zamanı itkin düşmüş hesab olunan soydaşlarımızın 197 nəfəri, eləcə də erməni əsirliyində müxtəlif işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş şəxslərin 42 nəfəri (hər 2 rəqəm mənim tədqiqatlarıma əsasəndir) Qərbi Azərbaycandan qovulmuş şəxslərdir. Onların söylədiklərinə görə, erməni terrorçuları əsir-girovluqda əslən Qərbi Azərbaycandan olanlara qarşı daha amansız olublar.
Düşünürəm ki, bəşəriyyət faktlar qarşısında 200 ildən bəri ona zorla qəbul etdirilən “böyük Ermənistan” xülyasına xidmət edən erməni “mütəfəkkir və tədqiqatçılarının” yalanlarından xilas olmağa qadirdir. Yalnız bu istiqamətdə aparılan araşdırmalar, tarixi faktlara söykənən tədqiqat materialları buna cavab ola bilər.
QONDARMA “ERMƏNİ SOYQIRIMI” MÖVZUSUNDA TƏDQİQATLARIM:
1. Saxta tarixdə olmayan “erməni soyqıqımı”. 1 çap vərəqi həcmində tədqiqat işi. AMEA-nın İnsan Haqları İnstitutu. Bakı-2014-cü il;
2. “Ermənistan-Azərbaycan müharibəsi: beynəlxalq hüquqda soyqırımı problemi kontekstində” 10 aprel 2015-ci ildə AMEA-nın İnsan Hüquqları İnstitutunun “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda çıxışım. Konfransın materialları toplusunda səh. 35-41;
3. “Erməni soyqırımı” və ya erməni terroru: yalan və gerçək” adlı
Azərbaycan Universitetində 14 aprel 2015-ci ildə keçirilmiş “Yalanlar, iftiralar: Türk-müsəlman soyqırımı: Faktlar, həqiqətlər” mövzusunda II beynəlxalq elmi-praktiki konfransdakı çıxışım. Konfransın materialları toplusunda AU-nun nəşriyyatı, Bakı-2015, səh. 403-412;
4. http://www.qhtxeber.az/news.php?id=9157&lang=az Həqiqətən 24 aprel 1915-ci il erməni soyqırımı olubmu?
6. Guram Marhuliya, Şebnem Nuriyeva “Uydurulmuş Tarihte “Ermeni Soykırırmı” kitabı, “Şərq-Qərb” mətbəəsi, Bakı-2010. redaktor-rus dilindən türk dilinə tərcüməçi.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin
sədri Esmira Orucova
Paylaşın:

Digər yazılar