19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycan XİN Türkiyəyə BAŞSAĞLIĞI VERDİ

 Azərbaycan XİN Türkiyəyə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

YeniZamantv.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

“Qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası xəbəri bizi son dərəcə kədərləndirdi.

Qəza zamanı həlak olmuş pilotların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Türkiyənin Kayseri vilayətində Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Təyyarənin iki pilotu şəhid olub.

Paylaşın:

Digər yazılar