Bakı onlara vaxt verdi: 20 gün ərzində buranı tərk edin
“Delimitasiya prosesinin qanuni tələbinə uyğun olaraq bir hissəsi Azərbaycana verilən Kirants kəndinin sakinləri evlərini sökməyə başlayıblar”.
YeniZamantv.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Nəşr yazır ki, rəsmi Bakı Azərbaycan ərazisinə düşən iki erməni evinin sakinlərinə köç üçün vaxt verib:
“Delimitasiyadan sonra kənddə bəzi evlər Ermənistan-Azərbaycan sərhədinin o tayında qalıb. İki evin sakinlərinə ərazini boşaltmaq üçün iyunun 24-dək vaxt verilib”.
Bununla belə, Azərbaycanın xoşməramlı jestinə qarşı çıxıb ərazidə tikililəri sökənlər, evləri tərk etməyəcəyini deyənlər də var.
Qeyd edək ki, sərhəddəki proseslər Azərbaycanla Ermənistan arasında razılaşmalara əsasən həyata keçirilir./Globalinfo.az