19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi”

 “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi”

11 iyun 2024-cü il tarixində Qərbi Azərbaycan İcmasında “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı keçirilmişdir.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmada bu cür silsilə tədbirlərin mütəmadi olaraq keçirildiyini deyib.
Bildirilib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışındakı çıxışında İcmanın qarşısında duran vəzifələr barədə geniş məlumat vermişdi. Həmçinin dövlətimizin başçısının tövsiyələri əsasında Qərbi Azərbaycana qayıdış istiqamətində ardıcıl və sistemli iş aparılır.
İcma sədri əlavə edib ki, sovet dövründə Azərbaycan həqiqətlərinin öyrənilib nə xalqımıza, nə də dünya ictimaiyyətinə çatdırılmasına imkan verilmirdi. Amma ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximiz və taleyimiz ilə bağlı həqiqətləri öyrəndik və dünyaya yaya bildik.
Ə.Ələkbərli Azərbaycan həqiqətlərinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsində də diqqət mərkəzində saxlanıldığını bildirib.

Kitabın müəllifi, tarix üzrə elmlər doktoru Vasif Qafarov qeyd edib ki, nəşrdə Batum konfransında (11 may – 4 iyun 1918-ci il) erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələr və qəbul edilən qərarlar dövrün ilkin arxiv sənədləri əsasında detallı şəkildə araşdırılıb və Qərbi Azərbaycan ərazisində erməni dövlətinin hansı şərtlər əsasında yaradılması ilə bağlı tarixi həqiqətlər üzə çıxarılıb. Kitabda faktlarla sübuta yetirilir ki, İrəvan şəhəri də Qarabağa bir daha ərazi iddiaları irəli sürməyəcəkləri şərtilə ermənilərə verilib.
Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər və yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın müəllifi Vasif Qafarov 25 yanvar 1982-ci ildə anadan olub. Tarix İnstitutunda fəaliyyət göstərən elmi seminarın və institutun Gənc alimlər və mütəxəssislər şurasının üzvüdür. Tarix üzrə elmlər doktorudur.
Vasif Qafarova gələcək fəaliyyətində uğurlar diləyirik.
#westernazerbaycan
#qerbiazerbaycan

 Qərbi Azərbaycan İcması İrəvan Gənclər Təşkilatının sədri Lalə Cəfərova

Paylaşın:

Digər yazılar