21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Generalın “qara qutu”su sayılan polkovnikin oğlu HƏBS OLUNDU – EKSKLÜZİV

 Generalın “qara qutu”su sayılan polkovnikin oğlu HƏBS OLUNDU – EKSKLÜZİV

Quru Qoşunlarının sabiq komandanı, general-leytenant Ənvər Əfəndiyevin “qara qutusu” kimi tanınan Quru Qoşunlarının sabiq inspeksiya rəisi, polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovla bağlı qərar verilib.

YeniZamantv.az xəbər verir ki,  Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən işə Bakı Hərbi Məhkəməsində baxılıb.

Belə ki, Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək müxtəlif hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verdiyinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarı ilə Rəşid Saleh oğlu Kələntərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 178.2.3 maddələri ilə təqsirli bilinərək məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rəşid Kələntərov 288 nömrəli hərbi hissənin zabiti olub.

Xatırladaq ki, Saleh Kələntərov ötən ilin yayında, Ənvər Əfəndiyev isə bu ilin yanvarında tutduqları vəzifələrdən azad olunublar.

Paylaşın:

Digər yazılar