Pakistanın Baş naziri Azərbaycan liderini ölkəsinə dəvət edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.
YeniZamantv.az xəbər verir ki, bu barədə Məhəmməd Şahbaz Şərif Azərbaycan lideri ilə telefon danışığı zamanı deyib.
Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.