04.12.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Sosial

Sağlamlıq

Sağlamlıq

Sosial

Ekologiya

Paşinyan sərhədimizdə “yeniliyi” bəyan etdi – “Bakı buna razı olmayacaq”

 Paşinyan sərhədimizdə “yeniliyi” bəyan etdi – “Bakı buna razı olmayacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzura səfəri çərçivəsində Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu kəndinə gəlib, orada erməni ailələr üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib.

Paşinyanın üç günlük Zəngəzur səfəri nəyə hesablanıb? Onun həmin ərazidə verdiyi bəyanatlar nə ilə nəticələnə bilər?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Paşinyanın Zəngəzura səfəri və keçirdiyi görüşlər burada da delimitasiya və demarkasiya prosesinin başlanacağı ilə əlaqədardır:

“Ermənistan müxtəlif bəyanatlar verir. Rəsmi Bakı beynəlxalq hüquqa söykənən gündəliklə çıxış edir. Qərb də bunu qəbul etməyin lazım olduğunun fərqindədir. Ermənistanın verdiyi təkliflər, Paşinyanın Zəngəzurda keçirdiyi görüşlər daha çox daxili auditoriyaya hesablanıb. İrəvanın da maraqlarına uyğun olan Zəngəzur dəhlizinin tezliklə açılacağını düşünürəm”.

Politoloq vurğulayıb ki, Ermənistan anklav kəndlərlə bağlı referendum məsələsini gündəmə gətirib, amma bu, doğru addım deyil:

Bakı bunu qəbul etməyəcək. Qalan 4 kəndimiz də geri qaytarılmalıdır. Ermənistan və Azərbaycan arasında problemlər yalnız danışıqlar masasında həllini tapacaq”.

Paylaşın:

Digər yazılar