19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Fransanın Azərbaycana qarşı atdığı bu addım cinayətdir” – Politoloqdan AÇIQLAMA

 “Fransanın Azərbaycana qarşı atdığı bu addım cinayətdir” – Politoloqdan AÇIQLAMA

Fransanın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin danışıldığı bir zamanda, delimitasiya işlərinin olunduğu bir vaxtda, Fransının ortalığa belə bir fikir atmasının səbəbi nədir?

YeniZamantv.az  xəbər verib ki, mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev Turkustan.az-ın suallarını cavablandırıb.

Politoloq bildirib ki, “müraciət ilə mən də tanışam Ane Dalqo başda olmaqla ermənisevərlər, islam dünyasının düşmənləri müraciət ediblər. Təbii ki, bu müraciətin arxasında Makron özü də dayanır. O cümlədən bəzi dövlətlərin kəşfiyyat orqanları da bu işin arxasındadır. Məhz əsas məqsəd də Azərbaycan və Ermənistanı yenidən müharibəyə cəlb eləmək, öz maraqlarına uyğun olaraq bölgəyə girməkdir.

BMT-nin 5 əsas prinsipinə əsasən Fransanın Azərbaycana qarşı atdığı bu addım ümumiyyətlə cinayətdir. Azərbaycan Xarici işlər və Müdafiə nazirliyi səviyyəsində bəyanat verdi. Amma onlar Azərbaycan vətəndaşı olmadığına görə Avropa məhkəməsinə müraciət olunmalı və bu adamlar məsuliyyətə cəlb olunmalıdır. Biz təbliğatımızı genişləndirməliyik. Fransada iyun ayın 30-u parlament seçkiləri var, görünən odur ki, Fransa AŞPA-da uduzduğunu əvəzini yerli parlamentdə əvəzini çıxmaq istəyir. Görünən odur ki, bu qüvvələr sakit duran deyil, yenidən Azərbaycanı qarışdırmaq istəyirlər və bu fransızların da müraciətin arxasında o durur. Onları qorxudan odur ki, Ermənistan Azərbaycanla sülh sazişi bağlayacaq”.

Politoloq əlavə olaq bildirib ki, “bunu artıq Ermənistan düşünməlidir. Ermənistan onu başa düşməlidir ki, Ukrayna necə ki, Avropa tərəfindən Rusiyaya yem şəkilində verildisə də Ermənistanı da Azərbaycana yem şəklində vermək istəyirlər. Ermənistan başa düşməlidir ki, hücum etməyə cəhd etsə, Azərbaycan nəinki Naxçıvanla birləşəcək, Göyçəni belə geri alacaq. Ermənistanın növbəti təxribatı ona çox baha başa gələcək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Paylaşın:

Digər yazılar