19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İstedadlı Əlillər İctimai Birliyinin növbəti tədbiri Naftalan şəhər Əlillərin Reabilitasiya Mərkəzində baş tutdu – FOTOLAR

 İstedadlı Əlillər İctimai Birliyinin növbəti tədbiri Naftalan şəhər Əlillərin Reabilitasiya Mərkəzində baş tutdu – FOTOLAR

İstedadlı Əlillər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Fiziki məhdudiyyətli şəxslərin sosial-iqtisadi fəaliyyətinin təşviqi” adlı layihənin növbəti tədbiri Naftalan şəhər Əlillərin Reabilitasiya Mərkəzində baş tutdu.

YeniZamantv.az QHT.az-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov, layihə haqqında geniş məlumat verərək bildirdi ki, layihə Naftalan, Yevlax, Xaçmaz və Şirvan bölgələrini əhatə edərək 3 ay müddətində icra olunur. Layihənin əsas məqsədi, bölgələrdə fiziki məhdudiyyəti olan şəxslərin yaşadıqları problemlərin həllinə köməklik göstərmək, onlara parlaq gələcək qurmaqda yardımçı olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir. Qasımov, sosial aktiv vətəndaşları da bu yöndə fəaliyyətə cəlb etməyə çağırdı.

Layihənin eksperti Rəşad Həsənov, əlilliyi olan şəxslərin Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq və özünüməşğulluq proqramlarından necə yararlana biləcəkləri barədə ətraflı məlumat verdi.

Tədbir çərçivəsində Abilimpiya hərəkatı, Paralimpiya idman növləri, Dost Yaradıcılıq və İnkluziv Mərkəzlərdən, peşə-reabilitasiya mərkəzlərindən yararlanma imkanları haqqında da məlumatlar verildi. Əlilliyi olan şəxslərə bu mərkəzlərə necə müraciət etmələri ətraflı izah olundu və geniş müzakirələr aparıldı.
Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva, DTSER Agentliyinin Naftalan Şəhər Reabilitasiya Mərkəzinin direktoru Samir Qurbanov, ƏƏSMN-nin tabeliyində DMA-nin RMF idarəsinin böyük mütəxəssisi Gülər Salehova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Goranboy Rayon KOB Dostu Babək Nəsibov çıxış edərək bu cür layihələrin aktual olduğunu və bölgələrdə yaşayan əlilliyi olan şəxslərin maarifləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.

Tədbirin sonunda layihə rəhbəri Qubad Qasımov, layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

 

Paylaşın:

Digər yazılar