21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Makronun arvadının “arvad olmaması” ilə bağlı məhkəmə başladı

 Makronun arvadının “arvad olmaması” ilə bağlı məhkəmə başladı

Məhkəmə Brijit Makronla bağlı iddiaları yenidən artırıb

“Brijit Makron məhkəmədə transseksual olmadığını sübut etmək və bu söz-söhbəti başladanlardan 20 min avro almaq istəyir”.

YeniZamantv.az xəbər verir ki, bu barədə “Arqumenti i faktı”(“AiF”) nəşri yazır.

“Fransada iki jurnalist Brijit Makronun əslində cinsiyyətini dəyişmiş kişi olması ilə bağlı məlumatları dərc etdikləri üçün məhkəmə qarşısına çıxarılıb. Bir neçə ay əvvəl onlar “YouTube”də Fransanın birinci xanımının bir vaxtlar Jan-Mişel adlı bir adam olduğunu iddia edən video yayımlamışdılar. Təqsirləndirilən şəxslər müstəqil jurnalist Nataşa Rey və özünü “hökumət yalanlarını və saxtakarlıqlarını ifşa etməyə söz verən” Amandine Roydur. Bu material 2022-ci il prezident seçkilərindən həftələr əvvəl Fransa müxalifətini sevindirdi və bütün dünyada paylaşıldı.

Nəhayət, Makron da şayiələrə cavab verməli oldu, yayılmış iddiaları “yalan və uydurma” adlandırdı” deyə, nəşr yazır.

O da bildirilir ki, sosial şəbəkələrdə Brijit Trognierin (evlənməmişdən əvvəl soyadı) heç vaxt mövcud olmadığını, qardaşı Jan-Mişel Trognierin cinsiyyətini dəyişərək bu adı qəbul etdiyini iddia edən çoxsaylı yazılar yayılıb. “İndi böhtan ittihamı ilə başlamış məhkəmə prosesi Avropa Parlamentinə seçkilərdə Makronun partiyasının uğursuzluğundan və Fransa prezidentinin parlamenti buraxması ərəfəsinə təsadüf edir. Bütün bunlar isə bu mövzuda qalmaqalları alovlandırır və Brijit Makronun kişi olması nəzəriyyəsinin tərəfdarlarının sayını artırır”- “Ai F” yazır.

Makronun arvadının vəkili Jan Ennoki məhkəmədə Brijit və qardaşı üçün hər birinə 10 min avro təzminat tələb edib. Məhkəmədə nə 46 yaşlı prezident, nə də 71 yaşlı xanımı özü iştirak edib.

Davam edən məhkəməyə baxmayaraq, bu iddialar azalmaq əvəzinə artıb. “Faits et Documents” jurnalının redaktoru Xavyer Poussard da Makronun xanımının transgender olduğu qənaətinə gəlib. Amerikalı jurnalist Kendis Ouens insanların yaşını artırmaq və ya azaltmağa imkan verən Çin proqramından istifadə edib. Proqram Jan-Mişel Trognierin uşaqlıq fotosu ilə Fransanın birinci xanımının müasir fotosunu müqayisə edib və “demək olar ki, 100 faiz oxşarlıq” elan edib.

Bu iddianın tərəfdarlarının başqa arqumentləri də var. Məsələn, qalmaqaldan sonra Brijitin ailəsi ilə bağlı Wikipedia səhifəsin ciddi dəyişikliklərə məruz qaldı. İndi orada Brijitin doğulanda başqa bir adı olduğunu göstərlir.

“Düşünürəm ki, Brijitin Makrona təsiri var. O, onun müəllimi idi və buna görə də indi də ona məsləhətlər verir”, – Fransanın keçmiş prezidenti Fransua Olland Pyotr Poroşenkonun adından onla zarafat edən “Vovan və Lexus” prankerlərinə belə deyib.

Sonda prankerlər Ollandı Makronun qeyri-ənənəvi cinsi oriyentasiyası haqqında danışmağa məcbur etməyə çalışıblar. O isə təxribata getməyib, amma bunu da inkar etməyib: “Şəxsi həyatının təfərrüatlarına toxuna bilmərəm”. /Musavat.com/

Paylaşın:

Digər yazılar