16.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT Siyəzəndə “Əlillərin məşğulluğuna dəstək “ layihəsini icra etdi

 QHT Siyəzəndə “Əlillərin məşğulluğuna dəstək “ layihəsini icra etdi

 Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin məşğulluğuna dəstək “ adlı layihənin icrasına başlayıb. 

Layihənin məqsədi Əlillərin məşğulluğuna dəstək verməkdir.

Layihənin Şabran, Quba, Xızı, Şamaxı, Salyan və Siyəzən rayonlarında keçirilməsi planlaşdırılır.

“Əlillərin məşğulluğuna dəstək “ layihəsinin ilk tədbiri Siyəzən Gənclər Evində baş tutdu. Tədbirdə şəhid ailələri, qazi, əlillər və ailə üzvləri ,Siyəzən Rayon icra Hakimiyyətinin məsul əməkdaşı Aydan Kamalzadə, Siyəzən Rayon Məşğulluq İdarəsinin rəhbəri Əziz Tacəddinov və QHT sədri Tələt Qəribov  iştirak etdilər.

Tədbiri layihənin rəhbəri Xədicə Mikayılova açaraq “Əlillərin məşğulluğuna dəstək “ layihəsi barədə geniş məlumat verdi. Daha sonra Siyəzən Rayon Məşğulluq İdarəsinin rəhbəri Əziz Tacəddinov ölkədə əlillərlə, həssas qruplarla aparılan  məşğulluq proqramlarından, görülən işlərdən söz açdı.

Daha sonra layihənin rəhbəri Xədicə Mikayılova Əziz Tacəddinova iştirakçıların ünvanladıqları suallara  cavab verməyi xahiş etdi. O, suallara ətraflı cavab verdi.

QHT sədri Tələt Qəribov  belə layihələrin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, belə layihələr dövlətin vətəndaşına, xüsusi ilə əlillərə olan qayğının həm də təbliğidir.

Tədbirin sonunda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aydan Kamalzadə Xədicə Mikayılovaya minnətdarlığını bildirdi ki, layihənin tədbirinin birini bu rayonda icra etdi.Maraqlı görüş oldu. Həssas qruplar məlumatlandırıldılar.

Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyinin sədri Xədicə Mikayılova “Əlillərin məşğulluğuna dəstək “ layihəsinin icrasına  kömək göstərdiyinə görə Siyəzən Rayon İcra Hakimiyyətinə, Siyəzən Rayon Məşğulluq İdarəsinə minnətdarlığını bildirdi.

Layihə rəhbəri eyni zamanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də böyük təşəkkür etdi ki, “Əlillərin məşğulluğuna dəstək “ layihəsini maliyyələşdiriblər.

Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında müzakirələri davam etdirdilər.

Paylaşın:

Digər yazılar