21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Nərimanovda QALMAQAL: Şirkət vətəndaşın evinin giriş-çıxışını bağladı – VİDEO

 Nərimanovda QALMAQAL: Şirkət vətəndaşın evinin giriş-çıxışını bağladı – VİDEO

Tikinti şirkətləri ilə vətəndaşlar arasında yaranan problemlər bitmir. Vətəndaşlarla uzun çəkişmələri, saysız məhkəmə prosesləri olan tikinti şirkətlərindən biri də “Sipark” MTK-dır. Bu dəfə şirkət Nərimanov rayonunda Akademik Həsən Əliyev küçəsi ilə Mirəli Qaşqay küçəsində hündürmərtəbəli binanın tikintisinə start verib. Sözügedən tikinti ərazidə mövcud olan fərdi yaşayış evlərinə problemlər yaradıb.

Belə ki, problemlərdən də biri Həsən Əliyev 70, mənzil 5 ünvanında yaşayan vətəndaş Bahar Şıxızadə üçün yaradılıb. Vətəndaş Musavat.com-a müraciətində bildirib ki, tikinti şirkəti onun evini 10 santimetr məsafədə tamamilə hasarlayıb və sanki ev blokadaya alınıb. Evin giriş-çıxışı tamamilə bağlanıb, vətəndaş Günəş şüasından belə məhrum edilib. B. Şıxızadə evinə girib çıxa bilmir. Elə vəziyyət yaranıb ki, sanki vətəndaş evinə helikopterlə girib çıxmalıdır. Görəsən tikinti şirkətinə bu haqqı kim verib ki, vətəndaşı Günəş şüasından məhrum etsin və onun hərəkət hüququnu məhdudlaşdırsın: “Etirazımıza da baxan olmadı. İndi biz nə etməliyik? Göyə uçmalıyıqmı? Bu məsələyə aidiyyatı qurumlar baxmasa cənab Prezident İlham Əliyevə şikayət məktubu yazacam. Dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, kim çirkin əməllər arxasınca gedəcəksə, layiqli cəzasını alacaq”.

Qeyd edək ki, “Sipark MTK”nın adı ilk dəfə deyil ki, mətbuatda hallanır. Mediada dəfələrlə əvvəllər adı “Evrostroy”MTK olan və sonradan “Sipark” MTK adlandırılan şirkət haqqında xəbərlər dərc olunub. Görəsən, sözügedən şirkətin rəhbərləri Taleh Abbasov və Seymur İsayev niyə Bakı sakinlərinə qənim kəsilib? Bu dediklərimizi “Google” axtarış sistemində qarşınıza çıxan yazılardan da görə bilərsiniz. Maraqlıdır ki, bu şəxslərə kimlər himayədarlıq edir? Araşdırmamız nəticəsində o da məlum oldu ki, MTK-nın rəhbərlərindən biri olan Seymur İsayev isə İNTERPOL xətti ilə axtarışdadır.

Şirkətin də mövqeyini dərc etməyə hazırıq.

 

 

Paylaşın:

Digər yazılar