Rüfət Səfərova həbs qərarı – 2 ittiham irəli sürüldü
Bu gün saxlanılan hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bu barədə onun vəkili Bəhruz Bayramov APA-ya açıqlamasında bildirib.
Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.