Skip to content
05.03.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • İyun
  • 27
  • Azərbaycanda kazinolara icazə – iqtisadi alət, yoxsa riskli eksperiment?
  • İqtisadiyyat

Azərbaycanda kazinolara icazə – iqtisadi alət, yoxsa riskli eksperiment?

redaktor 27.06.2025 3 minutes read
4f95edac5893a7bec7580b4e2835d74f

Azərbaycan uzun illərdən sonra kazinolara dair siyasətini dəyişməyə başlayır. 1998-ci ildən tamamilə qadağan edilmiş bu fəaliyyət növü artıq müəyyən şərtlərlə yenidən leqallaşdırılır.

Milli Məclis “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahəsində kazino oyunlarının təşkili və keçirilməsi” ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Layihəyə əsasən, yalnız fiziki formada və xüsusi lisenziyalar əsasında kazino fəaliyyəti mümkün olacaq. Virtual kazinolar isə qəti şəkildə qadağan edilir.

Bəs bu dəyişikliklər Azərbaycanın turizm və qeyri-neft iqtisadiyyatına necə təsir edə bilər? Kazinonun leqallaşdırılması xarici turistləri ölkəyə cəlb etməyə, iqtisadi canlanmaya və ya beynəlxalq investor marağının artmasına səbəb olacaqmı? Yoxsa bu, sadəcə simvolik bir qərardır və real nəticələr verməyəcək?

XALİD SON.png (554 KB)

Mövzunu iqtisadçı Xalid Kərimli Musavat.com-a şərh edərək bildirib ki, kazino bir əyləncə növüdür və onu turizmin inkişafında həlledici faktor kimi qiymətləndirmək doğru olmaz.

Onun sözlərinə görə, turistlər səyahət etdikləri ölkədə azadlıq və əyləncə axtarırlar. Əksinə, sərt dini və sosial qaydaların tətbiq olunduğu ölkələr turistlər üçün daha az cəlbedici olur.

“Biz özümüz də hansı ölkədə qiymətlər münasibdirsə, təbiəti gözəldirsə və əyləncə imkanları genişdirsə, ora üstünlük veririk. Bu baxımdan, kazino əyləncə infrastrukturunun bir hissəsi kimi turistləri cəlb edən amillərdən biridir. Bu tip imkanların yaradılması ölkəyə marağın artmasına müsbət təsir edə bilər. Amma turist axınının artıb-artmayacağı zamanla bəlli olacaq. Çünki kazino əsas faktor deyil, sadəcə turizmi stimullaşdıran əlavə amildir”, – deyə iqtisadçı bildirib.

Xalid Kərimli əlavə edib ki, ölkəmizdə yalnız kazinoların deyil, əyləncənin digər formalarının da azad edilməsi vacibdir:

“Məsələn, Gürcüstan ərazi baxımından Azərbaycandan kiçikdir. Nə təbiət gözəlliklərində, nə də turizm komplekslərinin səviyyəsində bizdən üstündür. Buna baxmayaraq, Gürcüstana gələn turistlərin sayı Azərbaycandan 3-4 dəfə çoxdur. Bu, əsasən Gürcüstanın həyata keçirdiyi ağıllı turizm siyasətinin nəticəsidir. Onlar ölkəyə giriş-çıxışı sadələşdiriblər, turistlərə azadlıq hissi verirlər. Bu da ölkəni daha cəlbedici edir”.

Loading

About The Author

redaktor

See author's posts

Paylaşın:

Post navigation

Previous: Ən varlı adam mirasını onlara bölüşdürdü
Next: “Azərreyl” voleybol klubu növbəti transferini açıqlayıb

OXŞAR MÖVZULAR

screenshot_1 (1)
  • İqtisadiyyat

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il

Yeni Zaman TV 23.01.2026 0
et (1)
  • İqtisadiyyat

Azərbaycana bu ölkədən ətlər gətirilir – Əhaliyə 13.50 AZN-dən satılır – FOTO

Yeni Zaman TV 04.08.2025 0
47cf1f9e0377ec6eb14fef16a8c5129a
  • İqtisadiyyat

Ən varlı adam mirasını onlara bölüşdürdü

redaktor 27.06.2025 0

XƏBƏR LENTİ

1771911172_1 (1)
Cəmiyyət

Müharibə veteranlarına DOST olmayan DOST mərkəzi …

Yeni Zaman TV
25.02.2026 0
screenshot_1 (1)
İqtisadiyyat

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il

Yeni Zaman TV
23.01.2026 0
70710cb9-990e-4044-bb47-184f86bffcbc (1)
Dünya

The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

Yeni Zaman TV
21.01.2026 0
dma (1)
Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV
09.12.2025 0

BÜTÜN YAZILAR

1771911172_1 (1)
  • Cəmiyyət

Müharibə veteranlarına DOST olmayan DOST mərkəzi …

Yeni Zaman TV 25.02.2026 0
screenshot_1 (1)
  • İqtisadiyyat

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il

Yeni Zaman TV 23.01.2026 0
70710cb9-990e-4044-bb47-184f86bffcbc (1)
  • Dünya

The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

Yeni Zaman TV 21.01.2026 0
dma (1)
  • Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV 09.12.2025 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.