Skip to content
05.03.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • İyul
  • 5
  • Türkiyə Prezidenti: Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm
  • Dünya
  • Manşet

Türkiyə Prezidenti: Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm

redaktor 05.07.2025 2 minutes read
16d4a371-57af-3fd5-8864-d8b5d512fba4_850

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq.

Yenizamnatv.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib.

“Zəngəzur dəhlizinin açılışı həm də Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir”.

Ərdoğan onu da əlavə edib ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinin əleyhinə olsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir: “Bu regionun inkişafı təkcə Azərbaycana deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün bir fürsətdir”.

R.T.Ərdoğan Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin diplomatik çərçivədə tamamlandığını deyib:

“2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən görüşlərdə sülh sazişinin yekun mətni ilə bağlı razılıq əldə olunub. İmzalanacaq sülh sazişi regionun ab-havasını dəyişəcək”.

Loading

About The Author

redaktor

See author's posts

Paylaşın:

Post navigation

Previous: Saray körpüsünün ətrafı genişləndirilir
Next: Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

OXŞAR MÖVZULAR

70710cb9-990e-4044-bb47-184f86bffcbc (1)
  • Dünya

The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

Yeni Zaman TV 21.01.2026 0
screenshot_1_01 (2)
  • Dünya

Özbəkistanla bağlı qorxunc proqnoz: Tamamilə yox olacaq

Yeni Zaman TV 30.09.2025 0
1759236800_5395527806785551066
  • Manşet

Prezidentdən Bəhruz Əhmədovla bağlı SƏRƏNCAM

Yeni Zaman TV 30.09.2025 0

XƏBƏR LENTİ

1771911172_1 (1)
Cəmiyyət

Müharibə veteranlarına DOST olmayan DOST mərkəzi …

Yeni Zaman TV
25.02.2026 0
screenshot_1 (1)
İqtisadiyyat

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il

Yeni Zaman TV
23.01.2026 0
70710cb9-990e-4044-bb47-184f86bffcbc (1)
Dünya

The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

Yeni Zaman TV
21.01.2026 0
dma (1)
Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV
09.12.2025 0

BÜTÜN YAZILAR

1771911172_1 (1)
  • Cəmiyyət

Müharibə veteranlarına DOST olmayan DOST mərkəzi …

Yeni Zaman TV 25.02.2026 0
screenshot_1 (1)
  • İqtisadiyyat

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il

Yeni Zaman TV 23.01.2026 0
70710cb9-990e-4044-bb47-184f86bffcbc (1)
  • Dünya

The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

Yeni Zaman TV 21.01.2026 0
dma (1)
  • Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV 09.12.2025 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.