Skip to content
04.12.2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • Avqust
  • 4
  • Əkbər Qoşalı yazır: Ayvazovskinin büstü üstə bir neçə söz
  • Cəmiyyət

Əkbər Qoşalı yazır: Ayvazovskinin büstü üstə bir neçə söz

Yeni Zaman TV 04.08.2025
1749051898_1
#Xankəndi bu gün həm coğrafi, həm də mədəni və hüquqi bir yüklə gündəmdədir. Şəhərdə 4 il öncə qanunsuz şəkildə ucaldılmış – daha doğrusu, yerləşdirilmiş və bu günlərdə aradan qaldırılmış Ayvazovski büstü ətrafında yaranmış səs-küy – Kreml yemlikli mədəniyyət və siyasət dairələrinin isterik reaksiyası – bizə bir daha göstərdi ki, bəzi “büst”lər imperiya zehniyyətinin bərkimiş simvoludur.
Sual doğur: Ayvazovski kimdir, büstü Xankəndidə nə “gəzir” və bu “sənət hadisəsi” niyə məhz siyasi iddiaların təməl daşına çevrilib?
Ayvazovski (Иван Константинович Айвазовский/ İvan Konstantinoviç Ayvazovskiy; Հովհաննես Այվազովսկի/ Hovhannes Ayvazovski; 29.07.1817 – 02.05.1900) haqqında mübahisə çoxdur. Kimisi onu erməni, kimisi rus, kimisi türk qarışımı sayır; lakin bir həqiqət dəyişməzdir: o, heç vaxt #Ermənistan adlanan bir dövlətin və ya onun mədəni mühitinin məhsulu olmayıb. Bəyəm, tarixdə erməni dövləti olubmu, hələ bir dənizlə təması da olsun? – Ayvazovskinin dəniz mənzərələri, fırtınalı üfüqləri və gəmi təlatümləri onun təkcə fırçasının yox, irsi yaddaşında (#Osmanlı) və içində yaşadığı (Çar Rusiyası) imperiyaların ziddiyyətli harmoniyasının əksidir.
Bu baxımdan Ayvazovski heç vaxt “erməni rəssamlıq mühiti”min övladı olmayıb – fikrini çəkinmədən söhləyə bilərik. Onun sənətindəki lirizm rus rəssamlıq məktəbinə, kompozisiyası isə Osmanlı vizual təsəvvürlərinə söykənir. O, erməni mədəni sınırlarının yox, imperiya qatlarının övladıdır.
İndi, Ayvazovskinin doğulduğu, öldüyü Krımın Feodosya (Kefe) şəhərindən bizim Xankəndiyə gələk.
2020-ci ilin 10 noyabrında imzalanmış bəlli Üçtərəfli Bəyanatda nə büstlərdən, abidələrdən, nə də, üçüncü tərəfin – Rusiya Federasiyasının özbaşına edəcəyi “mədəni təşəbbüslər”dən danışılır. Sülhməramlıların funksiyası – yalnız və yalnız təhlükəsizlik təminatıdır – dünyanın dörd tərəfində belədir. Uluslararası hüququn heç bir normativ aktı, konvensiyası və ya gələnəyi, hərbi kontingentin keçici olaraq yerləşdiyi “münaqişə ərazisi”ndə hansısa abidə ucaltmaq haqqını tanımır.
Büstün Xankəndiyə qoyulması – özü də ordu müşayiəti ilə – sıradan “humanitar jest” sayıla bilməz. Bu, bir dövlətin qayda-qanunlarını saymadan onun ərazisində kulturoloji iz buraxmaq cəhdidir. Bu – mədəniyyət vasitəsilə geopolitik şərt irəli sürmə cəhdidir. Büst burada sadəcə büst olmaqdan çıxmışdı – o, yerli-dövlət atributlarını simvolik olaraq əvəzləməyə çalışan ideoloji simvoluydu…
Sülhməramlı adlandırılan, əslində selhməramsızlar bizim suverenlik hüququmuzu görməzdəngəlirdi. Bu, büst-büst, heykəl-heykəl uzanıb-gedən sorumsuzca davranışıydı.
Hər hansı bir dövlətin suveren hüququ təkcə sınırlarını qorumaqdan ibarət deyil, əlbəttə; bu hüquq həm də həmin sınırlar içindəki mədəni mənzərəni formalaşdırmaqdır. Azərbaycanın Şuşada, Xankəndidə, Xocalıda hansı abidəni saxlayacağına, qanunsuz və qondarma abidələri nə vaxt və necə aradan qaldıracağına yalnız Azərbaycan qərar verə bilər. Və bu qərar – həm hüquqi, həm siyasi, həm də mədəni-mənəvi sorumluluğun təntənəsidir.
Özünə, uluslararası hüquqa sayğı duyan heç bir dövlət başqa dövlətə – bizim örnəkdə Rusiya Azərbaycana mədəniiyyət siyasəti, siyasət mədəniyyəti və s. mövzusunda göstəriş verə bilməz. Əgər Rusiyada Stalin və b.-nın abidəsi sökülə bilirsə, Leninin heykəlləri yığışdırılırsa, nə üçün Azərbaycan öz ərazisində öz qərarını verə bilməz? Abidələrdən də suverenlik doğur – çünki abidə yaddaşdır, simvoldur, mənsubiyyətdir.
Ayvazovski sənətinin zəbtə çevrilməsinə – etikadan estetikaya, oradan hegemoniyaya keçidinə izn verəsi deyilik.
Ayvazovskinin Xankəndiyə “gətirilməsi” – onun Qaradənizsayağı, Krımsayağı fırçalarını – Xəzərsayağı, Qafqazsayağı tonlamaq deyildi. – Bu, bir estetik vasitə ilə hüquqi məkana girmə cəhdi idi. Bu, əslində “kulturoloji zəbt” aktıydı. Əgər bir abidə xalqın deyil, hərbi kontingentin qoyumunda və qorumasında yaşamalıydısa, bu, sənət deyil, ssenaridir… Sənətkarın adına yazılmış ssenari isə sənətə qarşı sayğısızlıqdır.
Uzun sözün qısası,
büstlərə bürünən imperiya kölgələri bir an öncə çəkilib getməlidir.
Bəli, Azərbaycanın sənətə qarşı yox, sənətdən – mövcud örnəkdə Ayvazovskidən sui-istifadəyə qarşı apaydın mövqeyi var. Büstün götürülməsi – nə bir rəssama, rəssamlığa, nə ümumən sənətə, mədəniyyətə qarşı yox, büstün qoyuluş kontekstinə qarşı tam hüquq əsaslı addımdır.
Azərbaycanın qərarı – hansı büstün, hansı heykəlin, hansı estetik simvolun bizim ərazidə qalacağına qərar vermək hüququ – müstəqil dövlətçiliyin estetik ifadəsidir. Bu qərarı sual edənlər isə büstlərin arxasında gizlənən zehniyyətin (daha doğrusu, zehniyyətsizliyin) daşıyıcılarıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI

Loading

About The Author

Yeni Zaman TV

See author's posts

Paylaşın:

Post navigation

Previous: Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Next: Belarus hazırlıq görür: Ukrayna ilə müharibəyə qoşulacaqmı?

OXŞAR MÖVZULAR

befunky-collage
  • Cəmiyyət

Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır

Yeni Zaman TV 03.12.2025 0
1762933125_920
  • Cəmiyyət

Bir şərhin izi ilə-Araşdırma

Yeni Zaman TV 13.11.2025 0
avtobus
  • Cəmiyyət

DİQQƏT! Bu halda avtomobil idarə etməkdən məhrum ediləcəksiniz

Yeni Zaman TV 30.09.2025 0

XƏBƏR LENTİ

qht-ay-
QHT

Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR

Yeni Zaman TV
03.12.2025 0
befunky-collage
Cəmiyyət

Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır

Yeni Zaman TV
03.12.2025 0
1762933125_920
Cəmiyyət

Bir şərhin izi ilə-Araşdırma

Yeni Zaman TV
13.11.2025 0
hebs
Hadisə

Azərbaycanla bağlı dezinformasiya yayan türkiyəli müğənni saxlanıldı – FOTO

Yeni Zaman TV
01.10.2025 0

BÜTÜN YAZILAR

qht-ay-
  • QHT

Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR

Yeni Zaman TV 03.12.2025 0
befunky-collage
  • Cəmiyyət

Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır

Yeni Zaman TV 03.12.2025 0
1762933125_920
  • Cəmiyyət

Bir şərhin izi ilə-Araşdırma

Yeni Zaman TV 13.11.2025 0
hebs
  • Hadisə

Azərbaycanla bağlı dezinformasiya yayan türkiyəli müğənni saxlanıldı – FOTO

Yeni Zaman TV 01.10.2025 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.