Skip to content
18.01.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • Dekabr
  • 3
  • Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR
  • QHT

Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR

Yeni Zaman TV 03.12.2025
qht-ay-

Söz verdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi  Agentliyində qanun pozuntularını, əsasən də dövlət büdcəsindən ayrılan qrant vəsaitlərinin hansı prinsiplər əsasında vəzifəli şəxslərin ailə üzvlərinə, qohum və tanışlarına paylanması faktlarını ətraflı araşdırmaqda davam edirik.

Xatırlayırsınızsa, ötən dəfə QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru Aygün Əliyevanın Azərbaycan Respublikası Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun həyat yoldaşı – Aytən Qasımovaya və onun rəhbərlik etdiyi  “Mədəni İnkişafa Dəstək” İctimai Birliyinə necə “qayğı” göstərməsi barədə yazıb, faktları təqdim etmişdik. Sıravi şəxslərin rəhbərlik etdiyi QHT-lərin tədbirlərində iştirak etməyən Aygün Əliyeva Aytən xanımın tədbirində ona elə sığınmışdı ki, sanki Azər Qasımov bu xidmətinə görə ona daha yüksək vəzifə verəcəkdi. İndi isə redaksiyamıza bu istiqamətdə daxil olmuş daha bir nümunə…Daha bir vəzifəli şəxsin həyat yoldaşına məxsus olan QHT-yə göstərilən “qayğı”dan yazacağıq. Şübhə yox ki, çoxlarınız Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevi tanıyırsınız.

Son günlər Ramiz Mehdiyevin kadrı hesab edilən Elçin Babayev barədə də mediada maraq doğuran materiallar tirajlanmaqdadır. Amma söhbətimiz Elçin Babayevin özü ilə bağlı deyil, onun həyat yoldaşı Yazgül Abdıyevanın rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı ilə bağlıdır.

Yazgül xanım ilk vəzifəli şəxsin həyat yoldaşı və ya yaxın qohumu deyil ki, öz işi ilə bərabər, hər hansı bir QHT yaradıb qrant alsın. Son illər artıq bu dəb halını alıb. Yazgül Abdıyeva tibb işçisi olsa da, sonradan “Sağlamlığın qorunması” adlı QHT yaradaraq QHT Şurası, sonradan QHT Agentliyi ilə əməkdaşlıq etməyə başlayıb.

Çox maraqlıdır ki, əvvəlki illərdə Yazgül xanımın rəhbərlik etdiyi QHT 6-7 min manat aldığı halda, son illər ona göstərilən “diqqət və qayğı” sürətlə artıb. Artıq 2025-ci ilin qrant müsabiqəsində ona 13 min manat vəsait ayrılıb. Onu da qeyd edək ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi sonuncu, yəni 2025-ci il qrant müsabiqəsində “Sağlam və təhlükəsiz həyat tərzinin təbliği” istiqaməti üzrə yüksək məbləğ alan 5-ci QHT-dir.

İstərsə də digər yüksək vəzifəli şəxslərin həyat yoldaşlarının, ailə üzvlərinin və yaxınlarının qrant almasında QHT Agentliyinin icraçı direktoru Aygün Əliyevanın əməyi müstəsnadır. Diqqət edirsinizsə, Aygün Əliyeva vəzifəli şəxslərin həyat yoldaşlarından ibarət çevrə formalaşdırmaqdan, onların yanında dayanıb, fotolar çəkdirməkdən ötrü əldən-ayaqdan gedir.

Şübhəsiz ki, bütün bu “diqqət və qayğı” qarşılıqsız qalmır. Elə son illər onun haqqında, faktlara əsaslanan yazılardan sonra “gözün üstə qaşın var”,  deyilməməsi çox mətləblərdən xəbər verir. Aygün Əliyevanın səxavət kisəsi  çox bağlı qapıları açmaqdadır. Necə deyərlər, ”Al gülüm, ver gülüm”. Hesablama Palatasından tutmuş,digər qurumlara qədər hamı ilə gözəl dostluq, tanışlıq münasibətləri qurulub. Hamının QHT-si var, dövlətin vəsaitlərindən geninə-boyuna qrant verilir. Biz üzərimizə düşən qədər məsələlərə işıq salmağa çalışırıq və bundan sonra da çalışacağıq. Gerisi aidiyyəti dövlət qurumlarının vəzifəsidir./yenixeber.org

 

Loading

About The Author

Yeni Zaman TV

See author's posts

Paylaşın:

Post navigation

Previous: Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır
Next: 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi 35 illik yubileyini qeyd etdi-FOTOLAR

OXŞAR MÖVZULAR

596143869_3851423435154855_1262508760657659446_n
  • QHT

20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi 35 illik yubileyini qeyd etdi-FOTOLAR

Yeni Zaman TV 07.12.2025 0

XƏBƏR LENTİ

dma (1)
Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV
09.12.2025 0
596143869_3851423435154855_1262508760657659446_n
QHT

20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi 35 illik yubileyini qeyd etdi-FOTOLAR

Yeni Zaman TV
07.12.2025 0
befunky-collage
Cəmiyyət

Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır

Yeni Zaman TV
03.12.2025 0
1762933125_920
Cəmiyyət

Bir şərhin izi ilə-Araşdırma

Yeni Zaman TV
13.11.2025 0

BÜTÜN YAZILAR

dma (1)
  • Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV 09.12.2025 0
596143869_3851423435154855_1262508760657659446_n
  • QHT

20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi 35 illik yubileyini qeyd etdi-FOTOLAR

Yeni Zaman TV 07.12.2025 0
qht-ay-
  • QHT

Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR

Yeni Zaman TV 03.12.2025 0
befunky-collage
  • Cəmiyyət

Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır

Yeni Zaman TV 03.12.2025 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.