Skip to content
05.03.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • Dekabr
  • 3
  • Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır
  • Cəmiyyət

Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır

Yeni Zaman TV 03.12.2025 4 minutes read
befunky-collage

Sahib Məmmədovun Araz Paşayevə belə həssas məsələdə razılıq verməsi, onu hədəfə gətirmək üçün prosesi sürətləndirməsi qənaəti doğurur.

YeniZamantv.az Yenixeber.org-a istinadən xəbər verir ki,  1 ildən artıqdır ki təhsil sahəsində çalışan işçilərin əmək, sosial-iqtisadi hüquqlarını qoruyan Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə Araz Paşayev adlı gənc bir oğlan gətirilib. Gəldiyi gündən sosial şəbəkələrdə, internet resurlarında özünün geniş PR kampaniyasını aparan bu gənc oğlan, qısa zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun qəzəbinə tuş gəldi. Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, Sahib Məmmədovla Araz Paşayev arasındakı gərginlik artıq pik həddə çatıb. Bu gərginlikdən kimin qalib ayrılacağını isə zaman göstərəcək.

Bu günlərdə əldə etdiyimiz digər bir məlumat isə bizi həqiqətən şoka saldı. Uzun illərdir özünü təhsil eksperti, təhsil bilicisi kimi cəmiyyətə təqdim etməyə çalışan Kamran Əsədovun Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Nərimanov rayon Komitəsinə sədr seçilməsi xəbəri ölkənin təhsil gündəminə bomba kimi düşən xəbər oldu. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəsmi facebook səhifəsində bütün digər rayonlara seçilmiş sədrlər haqqında məlumat paylaşılsa da, cəmiyyətdə birmənalı qarşılanmayacağına əmin olan Araz Paşayev bu xəbəri gizlətməyə çalışır. Hətta Kamran Əsədov da hər addımını, hər hisslərini belə sosial şəbəkələrdə ciddi ictimailəşdirməsinə baxmayaraq, günlərdir ki, bu xəbəri gizli saxlayır.

                 Sual yaranır, niyə hər iki tərəf ehtiyat edir?!

Mənbəmizin Yenixeber.org-a bildirdiyinə görə Araz Paşayev nə dərəcədə böyük səhv etdiyini dərk edir. Kamran Əsədov isə uzun illər sonra bu qədər tənqid, az qala təhqirlərdən sonra əldə etdiyi bu xırda “qazancı” hələ də yetərli saymır və ya özünün də Nərimanov kimi bir rayonda təhsil işçilərinə rəhbərlik etməməyə layiq olmadığını anlayır. Kamran Əsədov haqqında internet resurslarında axtarış etmək kifayət edir!

Bu məqamda yenidən xatırlatmaq istəyirik ki, Araz Paşayev Sahib Məmmədovun xəbəri olmadan nəinki kadr dəyişikliyi, heç müstəqil maliyyə əməliyyatı da edə bilmir. Bu məqamda Sahib Məmmədovun Araz Paşayevə belə həssas məsələdə razılıq verməsi, onu hədəfə gətirmək üçün prosesi sürətləndirməsi qənaəti doğurur.

QEYD: Araz Paşayev  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə sədr gətirilməzdən əvvəl Təhsil Tələbə Kredit Fondunun rəhbəri olmuşdur. Hər kəsə aydındır ki, bu vəzifəyə məhz Elm və Təhsil Naziri Emin Əmrullayevin xeyir duası ilə gəlmişdir. Emin Əmrullayevin son aylarda kəskin tənqidlərə tuş gəlməsi, təhsil ictimaiyyəti tərəfindən tənqid olunması hakimiyyət tərəfindən diqqətlə izlənilməkdədir. Məhz bu məqamda Kamran Əsədov kimi birisini neytrallaşdırmaq Emin Əmrullayevin düşüncəsində bir qələbə sayılır. Lakin proseslərin gedişatı göstərəcəkdir ki, Kamran Əsədov hansı fiqura çevrilə bilər.

Loading

About The Author

Yeni Zaman TV

See author's posts

Paylaşın:

Post navigation

Previous: Bir şərhin izi ilə-Araşdırma
Next: Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR

OXŞAR MÖVZULAR

1771911172_1 (1)
  • Cəmiyyət

Müharibə veteranlarına DOST olmayan DOST mərkəzi …

Yeni Zaman TV 25.02.2026 0
1762933125_920
  • Cəmiyyət

Bir şərhin izi ilə-Araşdırma

Yeni Zaman TV 13.11.2025 0
avtobus
  • Cəmiyyət

DİQQƏT! Bu halda avtomobil idarə etməkdən məhrum ediləcəksiniz

Yeni Zaman TV 30.09.2025 0

XƏBƏR LENTİ

1771911172_1 (1)
Cəmiyyət

Müharibə veteranlarına DOST olmayan DOST mərkəzi …

Yeni Zaman TV
25.02.2026 0
screenshot_1 (1)
İqtisadiyyat

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il

Yeni Zaman TV
23.01.2026 0
70710cb9-990e-4044-bb47-184f86bffcbc (1)
Dünya

The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

Yeni Zaman TV
21.01.2026 0
dma (1)
Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV
09.12.2025 0

BÜTÜN YAZILAR

1771911172_1 (1)
  • Cəmiyyət

Müharibə veteranlarına DOST olmayan DOST mərkəzi …

Yeni Zaman TV 25.02.2026 0
screenshot_1 (1)
  • İqtisadiyyat

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il

Yeni Zaman TV 23.01.2026 0
70710cb9-990e-4044-bb47-184f86bffcbc (1)
  • Dünya

The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

Yeni Zaman TV 21.01.2026 0
dma (1)
  • Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV 09.12.2025 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.