Skip to content
18.01.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • Dekabr
  • 9
  • Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?
  • Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV 09.12.2025
dma (1)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə keçirilən açıq tenderdə fiziki şəxs Gülnarə Sultan qızı İbadova qalib elan edilmiş və qeyd edilən şirkət ilə 2.998.599,60 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 08.12.2025-ci ildə dərc edilmişdir.

YeniZamantv.az Yenixeber.org-a istinadən xəbər verir ki, satınalmaların portalı üzərindən apardılan  araşdırmada məlum olub ki, bu Dövlət Məşğulluq Agentliyi ilə fiziki şəxs Gülnarə Sultan qızı İbadova arasında ilk anlaşma deyil.

Tərəflər arasında Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə 17.205 manat məbləğində satınalma müqaviləsi 26.11.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 25.11.2025-ci il, bitmə tarixi 05.06.2028-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 30 ay müddətinə bağlanıb. Bu müqaviləyə görə ofis sahəsinin aylıq icarəsi 573 manat təşkil edib.

Lənkəran-Astara RMF üçün ofis icarəsinin satın alınması üzrə 133.200 manat məbləğində satınalma müqaviləsi 05.06.2025-ci ildə bağlanılıb. Bu müqavilənin başlanma tarixi isə 05.06.2025-ci il, bitmə tarixi 05.06.2028-ci ilə müəyyən edilib. Şərtlər toplusuna görə 400 m(2) ofis sahəsinin icarəsi müqaviləsi 36 ay müddətinə bağlanıb. Təxmini hesablamalarımıza görə Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin aylıq icarə haqqı 3 min 700 manat təşkil edib.

Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması üzrə 1.499.299,8 manat məbləğində satınalma müqaviləsi 03.02.2025-ci ildə bağlanılıb. Bu müqavilənin başlanma tarixi 31.01.2025-ci il, bitmə tarixi 01.02.2026-cı ilə müəyyən edilib. Şərtlər toplusuna görə 8.335 m(2) ofis sahəsinin icarəsi müqaviləsi 12 ay müddətinə bağlanıb.

Ofis sahəsinin icarəsi üzrə birmənbədən satınalma metodu tətbiq edilməklə 19.489,08 manat məbləğində satınalma müqaviləsi 08.01.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 01.01.2025-ci il, bitmə tarixi 01.02.2025-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 1 ay müddətinə bağlanıb.

Bu məlumatlardan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi fiziki şəxs Gülnarə İbadova ilə 2025-ci il ərzində ümumi dəyəri 1 669 193 manat olan 4 satınalma müqaviləsi bağlayıb. Bağlanılması planlaşdırılan müqaviləni də üstünə gələndə bu 4 667 792 manat təşkil edir.

Satınalmaların portalında verilmiş elandan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətini həyata keçirir.

Buradan ortaya suallar çıxır. Bu qədər əmlaka sahib olan Gülnarə Sultan qızı İbadova kimdir? Dövlət Məşğulluq Agentliyinin həm Aparatı üçün, həm də Mərkəzi filialları üçün ofis sahəsini icarəyə verən bu xanımda bu qədər əmlak hardandır?

Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Gülnarə Sultan qızı İbadova (VÖEN: (1605375812) vergi ödəyicisi kimi Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli ev 2A, mənzil 20 ünvanında daimi qeydiyyatdadır. Açıq və rəsmi mənbələrdə Dövlət Məşğulluq Agentliyinin ofis sahəsinin icarəsi üzrə 1 il ərzində ümumi olaraq 4 667 792 manat dəyərində müqavilə bağladığı fiziki şəxs Gülnarə İbadova barəsində heç bir məlumat yoxdu.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının vətəndaşlarına xidmətin zəruriliyi nəzərə alınaraq, 16 fevral 2011-ci ildə ƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradıldı. Növbəti 10 iI ərzində Xidmətin fəaliyyəti daha da şaxələnərək və miqyası genişlənərək 30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradılıb. Ağentliyin sədri Sadiq Əliyevdir. O, 29 may 2024-cü ildən bu vəzifəyə təyinat alıb. Daha əvvəllər İqtisadiyyat Nazirliyində,  2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.(aktualinfo.net)

Loading

About The Author

Yeni Zaman TV

See author's posts

Paylaşın:

Post navigation

Previous: 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi 35 illik yubileyini qeyd etdi-FOTOLAR

OXŞAR MÖVZULAR

2025-04-22-20-03-10v6mngihxdkisz314btxe_file
  • Kriminal

Zərərçəkmişlər danışdı, Vardanyan dinlədi

Yeni Zaman TV 30.09.2025 0
vrsa11
  • Kriminal

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

redaktor 17.06.2025 0
riyaziyyat
  • Kriminal

İşdən çıxarılan riyaziyyat müəllimindən 271 min manatlıq DƏLƏDUZLUQ

redaktor 17.06.2025 0

XƏBƏR LENTİ

596143869_3851423435154855_1262508760657659446_n
QHT

20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi 35 illik yubileyini qeyd etdi-FOTOLAR

Yeni Zaman TV
07.12.2025 0
qht-ay-
QHT

Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR

Yeni Zaman TV
03.12.2025 0
befunky-collage
Cəmiyyət

Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır

Yeni Zaman TV
03.12.2025 0
1762933125_920
Cəmiyyət

Bir şərhin izi ilə-Araşdırma

Yeni Zaman TV
13.11.2025 0

BÜTÜN YAZILAR

dma (1)
  • Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV 09.12.2025 0
596143869_3851423435154855_1262508760657659446_n
  • QHT

20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi 35 illik yubileyini qeyd etdi-FOTOLAR

Yeni Zaman TV 07.12.2025 0
qht-ay-
  • QHT

Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR

Yeni Zaman TV 03.12.2025 0
befunky-collage
  • Cəmiyyət

Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır

Yeni Zaman TV 03.12.2025 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.