Skip to content
04.02.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2026
  • Yanvar
  • 23
  • Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il
  • İqtisadiyyat

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il

Yeni Zaman TV 23.01.2026
screenshot_1 (1)

Ötən gün İsveçrənin Davos şəhərində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın təsis sənədi imzalanıb. Mərasimdə ABŞ-la yanaşı, 21 ölkənin nümyəndəsi iştirak edib. Donald Tramp tədbirdə bildirib ki, bu şuranın indiyə qədər yaradılmış ən vacib təşkilatlardan biri olmaq üçün bütün potensialı var.

“Və inanıram ki, Sülh Şurasının burada toplaşan insanlarla, Birləşmiş Millətlər Təşkilatı ilə birləşməsi dünya üçün – təkcə ABŞ üçün deyil, bütün dünya üçün həqiqətən unikal bir şeyə çevrilə bilər”, – o deyib.

Mərasimdə iştirak edən ölkələrin siyahısı isə belədir:

ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina, Paraqvay, Macarıstan, Ermənistan, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Türkiyə və Özbəkistan.

Maraqlıdır, Azərbaycan Sülh Şurasına üzv olmaqla hansı öhdəlikləri götürüb?

YeniZamantv.az  xəbər verir ki, Modern.az-a açıqlamasında politoloq Fərhad Məmmədov bildirib ki, Sülh Şurası adi bir beynəlxalq təşkilatdır:

“Hətta biz Şuranın əsasnaməsində üzvlərin öhdəlikləri ilə bağlı bölümün mövcud olmadığını görürük. Maliyyə öhdəliyinə gəldikdə ilk üç il bu istiqamətdə konkret tələb yoxdu. Düşünülür ki, Sülh Şurası çərçivəsində həlli gözlənilən məsələlərdə dövlətlər özləri həmin fəaliyyət planlarını təsdiq edəcəklər və özləri hansı formada bu istiqamətdə iştirak edəcəklərini müəyyən edəcəklər.

Yəni, hər hansısa bir ciddi öhdəlik yoxdur. Bu, Prezident Trumpın təşəbbüsüdür və onun prezidentlik dövrünü əhatə edir. Təxminən 50-yə yaxın dövlət dəvət alsa da, ancaq iyirmidən çox dövlətin nümayəndəsi təsis tədbirində iştirak edib. Orada Azərbaycan prezidenti və Azərbaycana yaxın olan bir sıra ölkələrin rəhbərləri də iştirak ediblər. Yəni ümumi desək ki, bu təşkilatın funksiyonallığı, onun uğuru ABŞ prezidentindən asılı olacaq. ABŞ prezidenti də dünyada ona yaxın olan liderləri müəyyən eləyir”.

Politoloq vurğulayıb ki, dünyanın ən güclü dövlətinin təşəbbüsü olan Sülh Şurasının hansı formada inkişaf edəcəyini, ancaq qarşıdan gələn üç il göstərəcək:

“Əgər bu təşəbbüs, təşkilat uğur qazanacaqsa, demək ki, Sülh Şurası yeni dünya nizamının bir parçasına çevriləcək. Lakin əksinə uğur qazanmayacaqsa, onda beynəlxalq sistem səmərəsi çox aşağı olan BMT çərçivəsində qalmaqda davam edəcək”.

 

Loading

About The Author

Yeni Zaman TV

See author's posts

Paylaşın:

Post navigation

Previous: The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

OXŞAR MÖVZULAR

et (1)
  • İqtisadiyyat

Azərbaycana bu ölkədən ətlər gətirilir – Əhaliyə 13.50 AZN-dən satılır – FOTO

Yeni Zaman TV 04.08.2025 0
4f95edac5893a7bec7580b4e2835d74f
  • İqtisadiyyat

Azərbaycanda kazinolara icazə – iqtisadi alət, yoxsa riskli eksperiment?

redaktor 27.06.2025 0
47cf1f9e0377ec6eb14fef16a8c5129a
  • İqtisadiyyat

Ən varlı adam mirasını onlara bölüşdürdü

redaktor 27.06.2025 0

XƏBƏR LENTİ

70710cb9-990e-4044-bb47-184f86bffcbc (1)
Dünya

The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

Yeni Zaman TV
21.01.2026 0
dma (1)
Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV
09.12.2025 0
596143869_3851423435154855_1262508760657659446_n
QHT

20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi 35 illik yubileyini qeyd etdi-FOTOLAR

Yeni Zaman TV
07.12.2025 0
qht-ay-
QHT

Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR

Yeni Zaman TV
03.12.2025 0

BÜTÜN YAZILAR

screenshot_1 (1)
  • İqtisadiyyat

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il

Yeni Zaman TV 23.01.2026 0
70710cb9-990e-4044-bb47-184f86bffcbc (1)
  • Dünya

The Venezuela Crisis: A New Geopolitical Reality and the De Facto Collapse of International Law

Yeni Zaman TV 21.01.2026 0
dma (1)
  • Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV 09.12.2025 0
596143869_3851423435154855_1262508760657659446_n
  • QHT

20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi 35 illik yubileyini qeyd etdi-FOTOLAR

Yeni Zaman TV 07.12.2025 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.