Skip to content
13.04.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2026
  • Fevral
  • 25
  • Müharibə veteranlarına DOST olmayan DOST mərkəzi …
  • Cəmiyyət

Müharibə veteranlarına DOST olmayan DOST mərkəzi …

Yeni Zaman TV 25.02.2026 3 minutes read
1771911172_1 (1)

Bu dəfə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi 44 günlük müharibə veteranlarını işsiz qoyur? Niyə a “dost”? Onların balalarının suçu nə ?

YeniZamanTV.az xəbər verir ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bu dəfə 44 günlük Müharibənin iştirakçıları üçün həyəcan təbili çalır. Mirvari xanım sosial şəbəkə hesabında bunları yazıb: Son günlər Azəriqaz İB Ağsu RQİİ Göyçay XS qaz təsərrüfatı nəzarətçisi yanında yardımçı fəhlə vəzifəsində çalışan bir qrup 44 günlük Vətən müharibəsi veteranına əmək müqavilələrinin müddətinin başa çatması ilə bağlı rəsmi bildirişlərin göndərildiyi bildirilir.
Məlumata görə, bildirişlərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad edilərək müddətli əmək müqavilələrinin bitməsi əsas gətirilir. Bu isə cəmiyyətdə, xüsusilə də müharibədə könüllü iştirak etmiş, çoxuşaqlı və aztəminatlı ailələrin başçıları olan veteranlar arasında ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, sözügedən şəxslərin əksəriyyəti həssas qruplardan olan , 3 və ya 4 azyaşlı övladı olan, aylıq cəmi 378 AZN əməkhaqqı ilə dolanan, yeganə gəlir mənbəyi bu iş olan müharibə veteranlarıdır. Onlar Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə heç bir təmənna güdmədən, könüllü şəkildə iştirak ediblər.
Bu gün isə həmin şəxslər, dövlətə sədaqətlərini döyüş meydanında sübut etmələrinə baxmayaraq, işsiz qalmaq riski ilə üz-üzədirlər. Veteranlar və çoxuşaqlı ailə başçıları sosial baxımdan həssas qrup hesab olunur və bu kateqoriyadan olan şəxslərlə bağlı qərarlar qəbul edilərkən sosial ədalət və humanizm prinsipləri əsas götürülməlidir.
Veteranlar bildirirlər ki, dövlətin onlara hər zaman göstərdiyi diqqət və qayğıya inanırlar. Bu baxımdan, əmək münasibətlərinin davam etdirilməsi və ya alternativ iş yerləri ilə təmin olunmaları üçün aidiyyəti qurumlardan məsələyə həssas yanaşma gözləyirlər.
Məlumata görə, bir qrup müharibə veteranı məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətlər hazırlayır.
Veteranlar ümid edirlər ki, aidiyyəti dövlət qurumları bu məsələni diqqətdə saxlayacaq, onların işlə təminatı və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq addımlar atacaq.

Loading

About The Author

Yeni Zaman TV

See author's posts

Paylaşın:

Post navigation

Previous: Azərbaycan Sülh Şurasına pul ödəməyəcək – 3 il
Next: Havanın temperaturu 5-8 dərəcə enəcək -XƏBƏRDARLIQ

OXŞAR MÖVZULAR

resize_02
  • Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV 06.03.2026 0
befunky-collage
  • Cəmiyyət

Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır

Yeni Zaman TV 03.12.2025 0
1762933125_920
  • Cəmiyyət

Bir şərhin izi ilə-Araşdırma

Yeni Zaman TV 13.11.2025 0

XƏBƏR LENTİ

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV
07.03.2026 0
hava_yaz
Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV
06.03.2026 0
resize_02
Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV
06.03.2026 0
kupca_cixaris
Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV
06.03.2026 0

BÜTÜN YAZILAR

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
  • Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV 07.03.2026 0
hava_yaz
  • Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV 06.03.2026 0
resize_02
  • Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV 06.03.2026 0
kupca_cixaris
  • Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV 06.03.2026 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.