Skip to content
11.03.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2026
  • Mart
  • 7
  • 8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub
  • Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV 07.03.2026 4 minutes read
86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub.

YeniZamanTV.az xəbər verir ki, sərgidə müxtəlif yaş qruplarında 100 rəssam iştirak edirdi. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub.

Sərgini giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.
Bəxtiyar Nəbiyev qarşıdan  “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə xanımları təbrik edib.
Daha sonra Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qeyd edib ki, bu əlamətdar gündə – 8 Mart – Beynəlxalq Qadınlar Günündə sizinlə bir araya gəlməkdən böyük qürur duyuram. Bugünkü “Güc və Zəriflik” adlı sərgi qadınların cəmiyyətdəki roluna, onların gücünə, fədakarlığına və incəliyinə həsr olunmuşdur. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin birinci xanımı, hörmətli Mehriban Əliyevanı, şəhid analarını və bütün qadınları təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram.

Sərgidə Aflow ART Studionun rəhbəri Günay Məmmədova , İnci Akademinin rəhbəri İnci Məstəliyeva , Şahanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, FA Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva, PANDA School və Saleh Tədris Mərkəzinin müəllimi Elmira Həsənova , Core Akademiya Kursunun müəllimi İradə Feyziyeva, Master School Tədris Mərkəzinin müəllimləri Günəş Əsgərova və Nurəddin Məmmədov tələbələri ilə iştirak ediblər .

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərginin bədii hissəsi   nahar süfrəsi arxasında davam edib. Tədbirdə fəxri qonaq olaraq seçki komissiyasının əməkdaşı Bahar Bağırova , jurnalist Anna Mir, ADRA-nın müəllimi Zinaida Mirzəzadə , iş adamı Təhminə Yusifova , rəssam Səadət Nərmin Hacıyeva, Nuranə Zalova , Könül İbrahimova, UNEC-in dosenti Nailə Yusifova , Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova , Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnustutunun Əməkdaşı Nazlı Nadirova,  Nəzakət Baxışova, jurnalist Cəmilə Çebotaryova İspatovna iştirak ediblər.

Sonda sərgi iştirakçılarına diplom və hədiyyələr təqdim olunub , xatirə fotoları çəkilib.

 

Loading

About The Author

Yeni Zaman TV

See author's posts

Paylaşın:

Post navigation

Previous: Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

OXŞAR MÖVZULAR

1749226195_5339402458356641953
  • Mədəniyyət

Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşüblər

redaktor 17.06.2025 0
1750004106_5366330558977801279
  • Mədəniyyət

Rusiyalı nazir Azərbaycana TƏŞƏKKÜR ETDİ: “Bakıda konsert vermək qərarına gəldik”

redaktor 17.06.2025 0
1750076385_1
  • Mədəniyyət

Arif Babayevlə bağlı üzücü xəbər – Həyat yoldaşı danışdı

redaktor 17.06.2025 0

XƏBƏR LENTİ

hava_yaz
Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV
06.03.2026 0
resize_02
Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV
06.03.2026 0
kupca_cixaris
Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV
06.03.2026 0
serhed_gomruk_iran_azerbaycan(30.09.2014)
Xəbər lenti

İki diplomatımız İrandan təxliyə olundu

Yeni Zaman TV
06.03.2026 0

BÜTÜN YAZILAR

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
  • Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV 07.03.2026 0
hava_yaz
  • Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV 06.03.2026 0
resize_02
  • Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV 06.03.2026 0
kupca_cixaris
  • Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV 06.03.2026 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.