24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Prezident onlara orden və medal verdi – SİYAHI

 Prezident onlara orden və medal verdi – SİYAHI

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edilib.

Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illiyi münasibətilə ölkədə həmkarlar hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Axundova Esmira Əliəşrəf qızı

Əliyev İlqar Yusif oğlu

Əsədov Mübariz Qədir oğlu

Hüseynova Sevda Ənvər qızı

Süleymanova Gültəkin Musa qızı

“Tərəqqi” medalı ilə

Ağayev Kərim Nadir oğlu

Ağayev Seyfəddin Cüleyxan oğlu

Ağayeva Əfruz Məhəmmədiyyə qızı

Babayev Alim Fehruz oğlu

Boroyeva Xamisət Seyidməhəmməd qızı

Əkbərova Hökümə Qoşunalı qızı

Əliyev Əbdül Təvəkkül oğlu

Fərzəliyeva Gülnarə Bahadur qızı

Həsənli Qədir Eldar oğlu

Xəlilov Cavanşir Təhməz oğlu

İsmailov Vəkil Əli oğlu

Nəbiyeva Nəzakət Məmməd qızı

Nurullayev Nazim Akif oğlu

Paşa Tanrıverdi Əhməd oğlu

Rəhimova Adilə Məhəmməd qızı

Şabanova Samaya Cahangir qızı

Tağıyev Bəxtiyar Ələddin oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli yığıncaq iştirakçıları!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm.

1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır.

Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.

Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir.

Eyni zamanda, ölkə iqtisadiyyatının sürətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!

İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər.

Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram”.

Paylaşın:

Digər yazılar