Azərbaycanla bunu səhv hesabladıq – Rus səfir
Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə mühüm təsir göstərib.
YeniZamantv.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
“Biz 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq. Səhv etmişik, 4,4 milyard dollar, 17% artım oldu. Bu qədər artım nəyinsə Azərbaycan üzərindən təkrar ixracı deyil, bunlar, xüsusən, böyük sənaye kooperasiya layihələridir. Sanksiyalar əlaqələrimizin daha da yaxınlaşmasına səbəb oldu, biz sənaye əməkdaşlığı sahəsində çox ciddi layihələr həyata keçiririk”, – Yevdokimov bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlində Rusiya və Azərbaycan milli valyutalarından (rubl və manat) istifadə 54%-i ötüb:
“Yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq. Rublun manata konvertasiyası müəyyən edilib. Bu məqsədlə Azərbaycan və Rusiya bankları arasında birbaşa texniki xətlər yaradılıb”.