Skip to content
07.03.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2026
  • Mart
  • 6
  • SEPAH-ın Bakıda partlatmaq istədiyi obyektlər -DTX ifşa etdi
  • Kriminal

SEPAH-ın Bakıda partlatmaq istədiyi obyektlər -DTX ifşa etdi

Yeni Zaman TV 06.03.2026 2 minutes read
dtx
İranın Azərbaycanda terror planları ifşa olunub. 

YeniZamanTV.az AzTV-yə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İranın xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.

Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan Neft Boru Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu hədəfə alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib. Həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxslərə ötürülməsinin qarşısı alınıb. İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, İran vətəndaşları – Rüstəmzadə Behnam Sahibali, Zankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb.

Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonu Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram ağırlığında olan C4 partlayıcı maddənin olduğu aşkar edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Ağayev Nicatla birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.

Loading

About The Author

Yeni Zaman TV

See author's posts

Paylaşın:

Post navigation

Previous: İranda ola biləcək ən pis ssenari…
Next: İki diplomatımız İrandan təxliyə olundu

OXŞAR MÖVZULAR

dma (1)
  • Kriminal

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir –Bəs Gülnarə İbadova kimdir?

Yeni Zaman TV 09.12.2025 0
2025-04-22-20-03-10v6mngihxdkisz314btxe_file
  • Kriminal

Zərərçəkmişlər danışdı, Vardanyan dinlədi

Yeni Zaman TV 30.09.2025 0
vrsa11
  • Kriminal

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

redaktor 17.06.2025 0

XƏBƏR LENTİ

hava_yaz
Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV
06.03.2026 0
resize_02
Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV
06.03.2026 0
kupca_cixaris
Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV
06.03.2026 0
serhed_gomruk_iran_azerbaycan(30.09.2014)
Xəbər lenti

İki diplomatımız İrandan təxliyə olundu

Yeni Zaman TV
06.03.2026 0

BÜTÜN YAZILAR

hava_yaz
  • Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV 06.03.2026 0
resize_02
  • Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV 06.03.2026 0
kupca_cixaris
  • Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV 06.03.2026 0
serhed_gomruk_iran_azerbaycan(30.09.2014)
  • Xəbər lenti

İki diplomatımız İrandan təxliyə olundu

Yeni Zaman TV 06.03.2026 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.