Skip to content
19.04.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • İyun
  • 13
  • Əli Məsimli: “Onlara necə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən?!”
  • Manşet
  • Sosial

Əli Məsimli: “Onlara necə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən?!”

redaktor 13.06.2025 3 minutes read
1749808858_e

“Bu qanun layihəsində bir sıra məqamlara yenidən baxılmalıdır. Təqdimatçılar qanun layihəsinin qəbulunu vətəndaş məmnunluğunun yaradılmasına gətirib çıxarılmasını bildirirlər. Amma indidən mətbuatda bu qanun ətrafında xeyli dərəcədə narazılıqlar var. Bu layihədə xeyli dərəcədə ziddiyətli məqamlar var.  Təqdimatçılar qeyd edir ki, bu qanunun əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. Növbəti cümlədə deyirlər ki, bu, qiymətlərin artmasına təsir göstərməyəcək”.

Yenizamantv.az  xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında “Qaz təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, indi olmasa da bu, sonrakı mərhələdə qazın qiymətinin artmasına gətirib çıxaracaq:

“Bu xidmət sahələrindən olan adamların çıxışlarında göstərilir ki, istilikdi, sudu və s. sahələrdə xərclər əhaliyə satdığımız qiymətdən xeyli çoxdur. Burdan belə məntiq çıxır ki, əgər söhbət xərclərin dəqiqləşdirilməsidirsə, indi olmasa da bu, sonrakı mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə qazla, istiliklə bağlı bu dərəcədə inhisarlaşmış bir şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki qədər keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar həddən artıq çoxdur”.

Deputat qanun layihəsində dəfələrlə qaldırılan və müzakirə olunan limitlərin ləğvi və rayonlardakı əhaliyə güzəştlərin olunması məsələsinin yer almasını daha məqsədəuyğun hesab edib:

“Açıq formada qeyd edirəm ki, rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi belə şeylərin xərclərini də tamamlamaq olmayacaq.

Biz dəfələrlə limitlərin aradan qaldırılması, xüsusilə, dağ kəndlərində yaşayanlar üçün güzəştlərin edilməsi məsələsini qaldırmışdıq. Amma tərsinə belə bir məsələ gəlib. O insanlar qazın pulunu ödəyə bilmir, buna görə qazı bağlayır. Odun ala bilmir, həyətindəki ağacları kəsirlər. Bu nə məntiqdir ki, insan qazın pulunu verə bilmir, ağacları kəsir amma ona deyəsən ki, sən işlətmədiyin qaza görə xərc ödəməlisən”.

Loading

About The Author

redaktor

See author's posts

Paylaşın:

Post navigation

Previous: MEDİA: “Hərbi təyyarələrimizin İranla sərhəddə uçması xəbərləri saxtadır”
Next: ASAN Xidmət mərkəzləri bu tarixlərdə işləməyəcək

OXŞAR MÖVZULAR

hava_yaz
  • Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV 06.03.2026 0
kupca_cixaris
  • Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV 06.03.2026 0
baki-yagis
  • Sosial

Oktyabr ayının hava proqnozu açıqlandı

Yeni Zaman TV 30.09.2025 0

XƏBƏR LENTİ

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV
07.03.2026 0
hava_yaz
Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV
06.03.2026 0
resize_02
Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV
06.03.2026 0
kupca_cixaris
Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV
06.03.2026 0

BÜTÜN YAZILAR

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
  • Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV 07.03.2026 0
hava_yaz
  • Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV 06.03.2026 0
resize_02
  • Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV 06.03.2026 0
kupca_cixaris
  • Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV 06.03.2026 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.