Skip to content
19.04.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • İyun
  • 13
  • Metyu Brayza SİRLƏRİ AÇDI – İsrailin bugünkü hücumun təməli 8 ay əvvəldən atılıb… – ÖZƏL
  • Siyasət

Metyu Brayza SİRLƏRİ AÇDI – İsrailin bugünkü hücumun təməli 8 ay əvvəldən atılıb… – ÖZƏL

redaktor 13.06.2025 3 minutes read
1749811314_1

“Əvvəla, aydındır ki, İran həqiqətən də nüvə silahı əldə etmək üçün çalışıb. Sadəcə olaraq hələlik bu silahı istehsal etmək həddini keçməyib. Son həftələrdə belə xəbərlər yayıldı ki, İran son iyirmi il ərzində gizli bir silah proqramı həyata keçirib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

MÖVZU İLƏ BAĞLI:

İran-İsrail savaşı ilə bağlı QORXUNC SSENARİ – Bu ölkələr də münaqişəyə daxil ola BİLƏR

İsrailin İrana hücumu, mövcud müharibə riskini və ABŞ-nin mövqeyi haqqında danışan diplomat İranın son illər gizli olaraq uran zənginləşdirdiyini bildirib.

“BMT-nin bu barədə hesabatları olub. Cümə axşamı BMT-nin nüvə nəzarəti orqanı olan Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsindəki öhdəliklərini pozduğunu bildirən bir qətnamə qəbul etdi – yəni İran çox yüksək səviyyədə və normadan artıq uran zənginləşdirirdi və digər pozuntular törədirdi. İran buna cavab olaraq bəyan etdi ki, əgər bizi bundan ittiham edirsinizsə, o zaman başqa yolumuz yoxdur – məhz elə bizi ittiham etdiyiniz kimi davranacağıq: yəni uranın zənginləşdirilməsini artıracağıq və silah səviyyəsinə daha da yaxınlaşdıracağıq”.

Diplomat əlavə edib ki, İsrail hələ ötən ilin oktyabr ayında İranı zəiflədib və bu gün əsas hücuma keçib:

“İsrailin indi hücuma keçmək qərarı verdiyini düşünmürəm, çünki oktyabr ayında həyata keçirdiyi hücumlarla İranın hava hücumundan müdafiə sistemlərini zəiflətmişdi. Xatırlayırsınızsa, o zaman İsrail əvvəlcə Dəməşqdəki İran diplomatik obyektinə, sonra isə Beyrutdakı digər İran obyektinə hücum etmişdi. İran isə buna cavab olaraq kütləvi raket zərbələri endirdi, amma onların hamısı (bir-ikisi istisna olmaqla) İsrailin hava hücumundan müdafiə sistemləri, o cümlədən ABŞ və avropalı müttəfiqlərin yardımı ilə havada məhv edildi.

Bu vəziyyət İsrail tərəfindən İranın nüvə imkanlarını – mümkün qədər çox hissəsini – o cümlədən alimləri və hərbi komandirləri hədəf almaq üçün ən aşağı riskli bir vaxt kimi qiymətləndirildi. Çünki İranın hava hücumundan müdafiə sistemləri bu zərbələrə qarşı effektiv müdafiəni təmin edə bilməyəcəkdi. Buna baxmayaraq, bu, yenə də çox riskli bir əməliyyatdır.

Hələ də aydın deyil ki, İran necə cavab verəcək. Ali rəhbər Xamenei bəyan edib ki, İsrail ciddi şəkildə cəzalandırılacaq, lakin bu cəzanın nə olacağı məlum deyil”, – deyə M.Brayza əlavə edib.

Loading

About The Author

redaktor

See author's posts

Paylaşın:

Post navigation

Previous: MOSSAD agentləri İranda belə işləyib – VİDEO
Next: MEDİA: “Hərbi təyyarələrimizin İranla sərhəddə uçması xəbərləri saxtadır”

OXŞAR MÖVZULAR

iran_rusiya
  • Siyasət

ABŞ mediası: Rusiya İrana kəşfiyyat məlumatları verir

Yeni Zaman TV 06.03.2026 0
avropa-ittifaqi
  • Siyasət

Avropa Komissiyası: İranın Körfəz, Türkiyə və Azərbaycana dron hücumlarını qınayırıq

Yeni Zaman TV 06.03.2026 0
9tktcnkwwhykyriigeupoi6yohubxcambhvenuof_1200
  • Siyasət

Ceyhun Bayramov belaruslu həmkarını İranın Naxçıvana dron hücumu ilə bağlı məlumatlandırıb

Yeni Zaman TV 06.03.2026 0

XƏBƏR LENTİ

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV
07.03.2026 0
hava_yaz
Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV
06.03.2026 0
resize_02
Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV
06.03.2026 0
kupca_cixaris
Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV
06.03.2026 0

BÜTÜN YAZILAR

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
  • Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV 07.03.2026 0
hava_yaz
  • Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV 06.03.2026 0
resize_02
  • Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV 06.03.2026 0
kupca_cixaris
  • Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV 06.03.2026 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.