Şəmkirdə biri qadın olmaqla, iki məfər çayda batıb.
Yenizamantv.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Mehrili kəndində, Şəmkirçay su anbarında baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Ü. İbrahimov və daha bir qadın su kanalında boğulublar.
Fotoda Ümid İbrahimov

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin, Ü. İbrahimovun meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 2005-ci il təvəllüdlü A. Həsənovanın axtarışı isə davam etdirilir.
Məlumata görə onlar su kanalında çimən zaman boğulublar.
![]()
