Skip to content
19.04.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • Sentyabr
  • 30
  • Satışda olan balıqlarla bağlı qorxunc iddia: “İnsan nəcisi ilə qidalandırılır”
  • Hadisə

Satışda olan balıqlarla bağlı qorxunc iddia: “İnsan nəcisi ilə qidalandırılır”

Yeni Zaman TV 30.09.2025 3 minutes read
baliq

“Sıravi vətəndaş balıq alanda qoxusundan hiss edə bilmir ki, o nəylə bəslənib”.

Bu sözləri “Yeni Sabah”a “Professional Kulinarlar Cəmiyyəti” İctimai Birliyinin sədri Ağa Aşurov deyib.

O, bəzi qapalı su hövzələrində balıqların nəcislə bəslənməsi iddiasını şərh edib:

“Bu barədə öz təəssuratımı danışıb. 5 ilin söhbətidir. Bir dostumla Nərimanabada (Lənkəran) gedirdim. Yolda balıq satırdılar. Dedim, düşüb balıq alaq. Dostum dedi ki, qətiyyən. Dedim, niyə? “Sənə səbəbini göstərəcəm”.

Mənə bir yer göstərdi. İnanın səmimiyyətimə, həmin məqamda nəcis daşıyan maşınlar yükü gölə boşaldırdılar. Dedim, bu nə üçündür? Dedilər ki, bu balıq üçün yemdir.

Kulinar olduğumuz üçün bu cür yemlənən balığı bişirəndə qoxusundan hiss edirik. Məsələn, bu yaxınlarda İsmayıllıda bir restoranda balıq sifariş etdim. Gətirilən balıqdan həmin tam və qoxu gəlirdi.

Yəni bu fakt realdır. Özüm dəfələlərlə bu məsələni AQTA və digər qurumlar qarşısında qaldırmışam. Amma nəticə olmayıb”.

Kulinar qeyd edib ki, sıravi vətənaşlar bir sıra üsullarla çay balığını ayırd edə bilər:

“Qəlsəməni aralayıb onun qırmızı, yaxud qəhvəyi rəng olmasına baxmaq lazımdır. Qırmızıdırsa, bu, təbii çay balığıdır. Əgər qəlsəmənin içi qaradırsa, yenə də təbii balıqdır, amma bir həftənin balığıdır.

Köhnə balığın o qədər də zərəri yoxdur, nəinki nəcislə qidalandırılan balıqların. Nəcisdən əlavə, balıqlara elə kimyəvi maddələrdən yemlər hazırlayırlar ki, balığın orqanizmində olan fosforu, zülalı məhv edir. İnsana faydalı olan maddələr də elə bunlardır. Son vaxtlar şadlıq sarayları, restoranlar ucuz göl balıqlarından istifadə edir.

Normal kütüm bazarda 17-22 manatdırsa, göl balığı 13-14 manata təklif olunur. Yəni müştərilər qiymətindən də keyfiyyətli yaxud keyfiyyətsiz balığı seçə bilər”.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə bəzi süni göllərdə saxlanılan balıqların insan nəcisi ilə qidalandırıldığına dair iddialar var. Vətəndaşlar xüsusən regionlarda bəzi işbaz sahibkarların bu əmələ əl atdığını deyir.

Nazim Hacıyev

Loading

About The Author

Yeni Zaman TV

See author's posts

Paylaşın:

Post navigation

Previous: Ermənilərin Qarabağa qayıdışı barədə Paşinyandan açıqlama
Next: Fazil Mustafa: “Bu çıxış vasitəsilə Azərbaycan öz milli maraqlarını təkcə müdafiə etmədi, həm də onları dünyaya izah etdi, əsaslandırdı və qəbul etdirdi”

OXŞAR MÖVZULAR

naxchivan-zerbe
  • Hadisə

Naxçıvana zərbə Təbrizdə həyəcan yaradıb

Yeni Zaman TV 06.03.2026 0
hebs
  • Hadisə

Azərbaycanla bağlı dezinformasiya yayan türkiyəli müğənni saxlanıldı – FOTO

Yeni Zaman TV 01.10.2025 0
1759205706_zauuurururururururrr
  • Hadisə

Nəcməddin Sadıkov orduya qayıtmağıma imkan vermirdi… – General Zaur Cavanşir YAZIR

Yeni Zaman TV 30.09.2025 0

XƏBƏR LENTİ

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV
07.03.2026 0
hava_yaz
Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV
06.03.2026 0
resize_02
Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV
06.03.2026 0
kupca_cixaris
Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV
06.03.2026 0

BÜTÜN YAZILAR

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
  • Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV 07.03.2026 0
hava_yaz
  • Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV 06.03.2026 0
resize_02
  • Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV 06.03.2026 0
kupca_cixaris
  • Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV 06.03.2026 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.