Skip to content
19.04.2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
cropped-Без-названия-2.png

yenizamantv.az

Primary Menu
  • Ana səhifə
    • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Təhsil
  • Sosial
  • Mədəniyyət
    • Şou-biznes
  • İdman
  • Hadisə
    • Kriminal
  • QHT
YENİZAMAN TV
  • Home
  • 2025
  • İyun
  • 17
  • BQXK Azərbaycanda fəaliyyətini DAYANDIRIR
  • Siyasət

BQXK Azərbaycanda fəaliyyətini DAYANDIRIR

redaktor 17.06.2025 3 minutes read
1750177023_1

Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.

Yenizamantv.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, münaqişənin əvvəlindən etibarən əsir-girov götürülmüş vətəndaşların və itkin şəxslərin ailə üzvləri hər iki qurum tərəfindən qəbul edilib, onların müraciətləri və qaldırdığı məsələlərə baxılıb, zəruri tədbirlər görülüb, siyahıların dəqiqləşdirilməsi və informasiya mübadiləsi aparılıb, ailələrə, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərə sosial və psixoloji dəstək göstərilib”

“BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq.

Bildiririk ki, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hər zaman olduğu kimi, vətəndaşların müraciətlərinə baxılır, onlarla gündəlik təmaslar və İşçi qrupunda qəbullar davam etdirilir.

İtkin düşmüş yaxınları ilə bağlı məlumatların alınması, həmçinin onlara dair müvafiq materialların, ərizə və müraciətlərin təqdim edilməsi üçün vətəndaşlar info@human.gov.az elektron poçt ünvanı, 010-232-33-77 mobil telefon nömrəsi və 81-61 qaynar xəttindən istifadə etməklə İşçi qrupu ilə əlaqə saxlaya bilərlər.

Dövlət Komissiyasının İşçi qrupu Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 ünvanında yerləşir”.

Loading

About The Author

redaktor

See author's posts

Paylaşın:

Post navigation

Previous: XİN: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib
Next: İrandan növbəti antiazərbaycan isterikası…

OXŞAR MÖVZULAR

iran_rusiya
  • Siyasət

ABŞ mediası: Rusiya İrana kəşfiyyat məlumatları verir

Yeni Zaman TV 06.03.2026 0
avropa-ittifaqi
  • Siyasət

Avropa Komissiyası: İranın Körfəz, Türkiyə və Azərbaycana dron hücumlarını qınayırıq

Yeni Zaman TV 06.03.2026 0
9tktcnkwwhykyriigeupoi6yohubxcambhvenuof_1200
  • Siyasət

Ceyhun Bayramov belaruslu həmkarını İranın Naxçıvana dron hücumu ilə bağlı məlumatlandırıb

Yeni Zaman TV 06.03.2026 0

XƏBƏR LENTİ

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV
07.03.2026 0
hava_yaz
Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV
06.03.2026 0
resize_02
Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV
06.03.2026 0
kupca_cixaris
Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV
06.03.2026 0

BÜTÜN YAZILAR

86152c1d-7b1b-4622-aaf8-5a87bc5e2e4d
  • Mədəniyyət

8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olunub

Yeni Zaman TV 07.03.2026 0
hava_yaz
  • Sosial

Bayram günlərində ölkə ərazisində gözlənilən HAVA

Yeni Zaman TV 06.03.2026 0
resize_02
  • Cəmiyyət

Nə market qalıb, nə işçi, amma cərimə gəlir – VİDEO

Yeni Zaman TV 06.03.2026 0
kupca_cixaris
  • Sosial

Qeydiyyatsız yaşayanlara xəbərdarlıq

Yeni Zaman TV 06.03.2026 0
  • Ana səhifə
  • Xəbər lenti
  • Haqqımızda
  • Əlaqə
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2025 © Yenizamantv.az All rights reserved. | MoreNews by AF themes.