Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində
Bu gūn Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
YeniZamantv.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlətimizin başçısını qarşılayıb.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.
Sonra dövlətimizin başçısı səfir Cahit Bağcı ilə söhbət edib.