“Azərbaycan” nəşriyyatında jurnalistlərin qara günü
Bu gün “Azərbaycan ” nəşriyyatında qiymət artımına görə bir qrup jurnalist etirazını bildirib.
Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin ediləndən tez-tez qiymətlər artır. Xanım baş direktor jurnalistlərlə görüşdən yayınır. Jurnalistlər qeyd ediblər ki, nəşriyyat ərazisində müxtəlif sexlər, müəssələr icarəyə verilib. Yığılan pullarla heç bir təmir işləri aparılmasa da amma qiymətlər tez-tez ceyran belinə çıxır.
Etiraz edənlərə də deyilir ki, tapşırıq Prezident Administrasiyasından verilib.Qəribəsi odur ki, ölkədə belə hadisələr olan kimi Prezident Administrasiyasının adı çəkilir. Görünür belə məmurlar düşünürlər ki, kimin əli ora çatacaq belə faktları araşdırsın.
YeniZamantv.az olaraq jurnalistlərin dostu olan cənab Prezidentə güvənirik ki, o məhz məsələləri araşdıracaq, çətin durumda olan qələm sahiblərinə kömək edəcək!