Qərbi Azərbaycan İcması Şəhidlər xiyabanını ziyarət edib
Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və icma üzvləri 20 Yanvar faciəsinin 33-cü ildönümündə Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə İcmadan məlumat verilib.
Bildirilib ki, icma rəhbərliyi və üzvləri şəhidlərin məzarı üzərinə qərənfillər düzərək, müqəddəs ruhları qarşısında baş əyiblər.