Fransadakı səfir 20 Yanvar günündə Parisdə Topçubaşovun məzarını ziyarət edib
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.
YeniZamantv.az xəbər verir ki, Leyla Abdullayeva bu barədə tviterdə paylaşım edib.
“20 Yanvar günündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik. “Torpaq əgər uğrunda ölən varsa Vətəndir” – diplomat bildirib.