01.03.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Sosial

Ekologiya

Cəmiyyət

Qarabağ

Günün mövzusu

Sosial

Ekologiya

Sağlamlıq

Araşdırma

Xəbərlər

Cəmiyyət

Xocalı dağılan gün, Qan tutmuşdu göyləri…

 Xocalı dağılan gün, Qan tutmuşdu göyləri…
Səbirə Mahmudova, Qarabağın Həcəri:
Qarabağın göyləri,
Ün tutmusdü, göyləri,
Xocalı dağılan gün,
Qan tutmuşdu göyləri…
Xalqımızın başına gələn bəlaların şahidi olduğumu çatdırmaqla bərabər, seçdiyim bu əzablı yolda yurdlarından əliboş çıxarilmış soydaşlarimiz üçün hər an ölumümü gözə alaraq calişdım. Məni meydandan çixarmaq üçün “casus” da dedilər, “təxribatçı” da. İlk günlər Ağdam qonaq evində hər gün çörək yeyəceyimi deyib məni siyahıya aldılar. Onsuz da nə vaxt tapa bilirdim, nə də orda düzənlənən təmtəraqlı masada çörək boğazımdan keçərdi, meydandakı minlərlə yurdsuz insanların dövlətdən pənah gözlədikləri vaxtlarda.(artıq Bakıdan gəlib orda günlərini keçirən bəzi dövlət adamlarıyla bərabər yerli icra başçisinin da boğazında daş armuda döndüyünü eşitmişdim. Atam uzun illər Sərsəng Su anbarına rəhbərliyi zamanı suvardigi rayonlar içində Ağdam da vardı, bu səbəblə ordakı vəzifəlilər mənim fəaliyyətimə açıq etiraz etmirdilər.)
Qərərgahda könüllü adamlar öz koməklərini göstərirdilər. Musiqi məktəbinin müəllimi Ələkbər öz Jiquli maşinıyla hər vaxt o sazaqli havada binanın qarşısındaydi. Seyyid Lazım Ağanın qardaşı oğlu Nəcəf də taksisiylə təmənnasız xidmət göstərirdilər.Qərərgah yerləşən binadakı bufet də demək olar ki, boş idi. Bir stəkan çayi güclə tapardın orda. Gunasıri maşınla Qatır Məmmədin (Yaqub Rzayevin) evinə dəyərdim. Arvadi Səbadan qapıda bağlanmış inəkdən bir stəkan süd sagmasını istərdim, çiy içərdim. Hərdən Qatır bunu görəndə deyərdi ki, qorxma biz qonagimiza zəhər vermərik, çıx evdə çörək ye. Bəzən sözünü yerə salmazdım və bu ailə mənə o qədər dogma idi ki. Bu haqda yeri gəldikcə danısacam…
Bəli,fevralın 22 -də Tamerlan Qarayevin Ayaz Mütəllibova vurduğu geniş məzmunlu teleqramın sürətini onun atasının yaratdığı Müdafiə Komitəsində masasından götürdüm.
Xocalının ağır vəziyyətini çatdıran Qarayev axırda yazmışdı: ” Xocalı gedərsə,bu Sizin hakimiyyətinizin sonu olar.”
Qarayev necə günlər idi ki, artıq fevralın 5- də ələ keçirilmiş Muradbəyli hərbi hissəsində otururdu. Bir gun mən ordaykən Bərdənin icra başçısının  müavini , yaxınim olan Rəhilə İsmayıllı onun yanına gəldi, tələbə yoldaşı olmuşdular. Rəhilə xanım xəbər verdi ki, neçə gündən bəri Bərdənin dəmir yolunda Bakıdan göndərilmiş 4 ədəd T-72 tank orda sizi gözləyir. (Bu texnikaları Mütəllibovun yaxın adamı, Bakı şəhər icra başçısı Rüfət Ağayev ruslardan gətizdirirdi) O dəqiqə Tamerlan bəy kabinetində göstəriş verdi ki,gedin gətirin. (Kimə göstəriş verdiyini soruşarsiz deyər.)
Bədbəxtlikdən, o tanklar da 2 qrad qurğusunun yollara yonəlmisdilər…
Xocalı da nalə çəkirdi. Ratsiyadan eşitmişdim ki, yaralanmıs mərhum komandir Milli qəhrəman Aqil Əliyevi lampa işığında əməliyyat ediblər.
Artıq xeyli vaxt idi ki, Xocalı prokuroru Atakişi Atakişiyev gündəlik qərərgaha gəlirdi, Xocalıya vertalyot verəcəklərini gözləyirdi ki,ora qayıtsın. Gəncəylə Ağdam yollarında qalmısdi. Hər gün də o kişini danlayirdim ki, o vəziyyətdə camaatı nahaq qoyub getmişdin Bakıya. Adam, çağrılibmıs Baş prokurorluğa.
Ağdam meydanı qaynayır, bütün siyasi ambisiyalar səslənirdi. Ancaq Ağdam AXC batalyonlari bu ambisiyalardan uzaq idilər, erməniylə doyüşurdülər.
Dagliq Qarabağ qaçqınlarının bəzilərinin əllərində Heydər Əliyevin portreti var idi. Yadimdadir, əynində “yolocnu” palto, tellərini yana daramıs, hündür boylu bir cavan tələb edirdi ki, onların istəyini Bakıya catdırsinlar. Onda, prezidentin səlahiyyətli nümayəndəsi Musa Məmmədov mənə tapşırıq verdi ki, həmin adamların istəklərini Agdam poçt binasından pasport nomrələriylə Ali Sovetə teleqramlar vurdurum. Poct binası da mərmidən salamat qalan hissəsində işləyirdilər və biz bunu etdik.(Sonralar öyrəndim ki, Musa Məmmədovla Arif Rəhimzadə yeznə-qayindirlar.)
Onu da deyim ki, Musa müəllim axıradək bacardığını edirdi. Hətta dovlət telefonundan bütün hakimiyyət orqanlarına öz adımdan vəziyyəti çatdirmagima şərait yaradırdı. Fevralin 20-dək iki dəfə də Bakıya getdi, Xocalını xilas etdirməyə, amma boş dönmüsdü.
Ayaz Mütəllibov iki müsavirini Ağdama təhkim etmişdi. Adil Hacıyev (Qazax OMON komandiri Elçin Əmiraslanovun bibisinin əri bütün vaxt eviylə danışırdı. Hətra bir gün xanımı zəng edəndə dedim ki, ərini girov aparıblar) və Abbas Abbasov. Adil Hacıyev qərərgahdan çölə ancaq çörək yeməyə gedərdi. Abbas Abbasov isə o vaxt Gəncə polis rəisi -sabiq Bas prokuror Eldar Həsənovla elə olurdu ki ,gündə 2 dəfə Gəncəyə gedib qayıdırdılar. Xocaliya yol arayırdılar. Artiq Qaradağlı faciəsi baş vermişdi.
Bu şəxslər Gəncə diviziyasının komandiri Budeykinlə razilaşmiş 13 ağır texnika Ağdama gəlməli, Xocalının əhalisini cixarmaliydılar. 366 çi motoatıcı polk da Budeykinin tabeçiliyində olsa da, polkun tərkibindəki ohonyanlar rus zabitlərinin əksəriyyətini satın almışdilar).Bu tanklar Goranboydan Tərtər istiqamətində yönələndə yollarda başqa dəstələr tərəfindən qarşilari kəsilmiş, tankların bir neçəsi geri dönmüşdü. Agdama çatan 5 tank isə batalyonlar arasında bolüsdurulmüsdü…
Başipozuqluq nəticəsində dəfələrlə Əsgəran əməliyyatı necə alinmamısdisa ,bu dəfə də elə olmüsdu.(Allah qapısını açsın Eldar Həsənov da bir gün qaranlıqlari aydınlaşdırar. Onu da deyim ki, o vaxt Ağdam icrası başda olmaqla bu ağır texnikaların gətirilməsi ücun xeyli vəsait yığılıb ruslara verilmişdi)
Fevralın 20- si Bakıya getdim. O müddətə qədər Mütəllibovun köməkçisi Gürşad Zərbəliyev gündə neçə dəfə zəng etsəm də hər zəngimə ” ay can” deyirdisə də,  vəziyyəti catdirdigini deyirdisə də artıq inamım qalmamısdi. KQB sədriylə gorüsməyə gedəcəkdim,  ordakı vəziyyətin ağırlığından xəbərdar edəcəkdim.
Dövlət Təhlükəsizliyi Naziri İlhuseyn Hüseynov idi. Onun oğlu Arif Hüseynov Xətai rayon prokuroru idi, Ağdama tez-tez baş çəkirdi.
Prokurorun yanına getdim və atasından qəbul etməsini istədim.(Əslində o vaxt indiki kimi deyildi,mən Namiq Abbasovla da 2 dəfə həyatıma təhlükəyə bağlı görüşmüşdüm və heç 10 dəqiqə də gözləmədən.
Bəli,  binaya getdim və nazir məni yüksək səviyyədə qəbul etdi, dinlədi. Divardaki xəritenin qabagina keçərək əlindəki çubuqla Xocalını dairəyə aldı.Dedi ki,”dağ cığırları ilə olsa da Xocalını cixarmalıyıq. Ermənistandan qalxan təyyarələrin Xocalı aeroportuna enməsinə icazə verəmmərik.” Nazir mənə SNQ nin hərbi geyimlərini,çəkmələrini və Nizami Gəncəvinin “Xəmsə” kitabını yazaraq hədiyyə etdi və mən Ağdama döndüm.
Amma, Xocalı şəhid oldu, aeroportu da erməniyə qaldı, Ermənistandan qalxan təyyarə də ora oturdu. Və soyqırım gecəsi mərhum Milli qəhrəman Xocalı aeroport rəisi Əlif Hacıyev aeroportun uçüs zolağını partlatmağa catdirammadı…
Mən Ağdama döndüm və ətrafımdakı xocalılara nazirin dediklərimi çatdirdim. Bu adamlar aylardan bəri uçaq olmadığından Xocalıya dönə bilməyənlər idi. İçlərində analar da vardı. Birisi məni dönə-dönə bağrına basırdı.
Xocalı şəhid olan günlərin birində həmin ana üstümə yeriyərək onlara yalan deyib arxayın saldığımı dedi və üzümə bərk bir sillə vurdu. Sonrasa ağı deyib məni bağrına basdı. Həmin ananın sifəti, vurdugu şillə mənim qəlbimi illərlə yandırırdı: axı mənim günahım nəydi?…
Ardı var…
Paylaşın:

Digər yazılar