Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir

Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur. Ona “əzəli çərşənbə”, “gül çərşənbə” və “sular Novruzu” da deyilir.
Bu gün Novruz hazırlıqları başlayır, süfrələr bəzədilir, çay, şirniyyat və plov hazırlanır. Su təmizliyin və yeniliyin rəmzi sayıldığından, bulaqdan su gətirmək, arzuları suya danışmaq, su üstündən atlanmaq kimi adətlər yerinə yetirilir.
Bundan başqa, su falları ilə evlilik yaşı və qismət təyin etmək kimi inanclar da mövcuddur.