01.03.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Sosial

Ekologiya

Cəmiyyət

Qarabağ

Günün mövzusu

Sosial

Ekologiya

Sağlamlıq

Araşdırma

Xəbərlər

Cəmiyyət

Bakıda 4 bina sökülür: sakinlərə bu qədər pul veriləcək – VİDEO

 Bakıda 4 bina sökülür: sakinlərə bu qədər pul veriləcək – VİDEO

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki yaşı 60 ili ötmüş 2 mərtəbəli, 4 binanın sakinləri köçürülür.

YeniZamantv.az xəbər verir ki, sakinlər iddia edirlər ki, bununla bağlı Binəqədi rayon 145 saylı Mənzil Kommunal və Texniki Xidmətlər Sahəsinə çağrılıblar və onlara xəbərdarlıq edilib.

49 ailənin yaşadığı bina sakinlərinə yaşadıqları mənzillərin qəzalı vəziyyətdə olduğu deyilib.

Onlara hər kvadrat metrə görə, 1660 manat kompensasiya ödəniləcəyi bildirlib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, həmin yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiqlənib.

Bu binalar sıx tikilmiş fərdi evlər zonasında yerləşir və bu səbəbdən yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil. Bina sakinlərinin yaxın müddətində dövlət vəsaiti hesabına köçürülməsi, binaların isə sökülərək ərazinin abadlaşdırılması planlaşdırılır.

“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna əsasən, qiymətləndirici şirkətlər tərəfindən verilən qiymət təklifi əsasında mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanaraq 1660 manat müəyyənləşdirilib. /Xəzər TV

Paylaşın:

Digər yazılar