“ Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyi məktəblilərlə görüşlərə başlayıb
“Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə görüşlər”. Layihə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Aysunay Həsənovadır. Onun verdiyi xəbərə görə verdiyi layihə üç ay 01.03.2023-31.05.2023 tarixlərinə qədər icra olunacaq.
Layihənin məqsədi müharibə iştirakçılarının asudə vaxtını təşkil etməklə, onları cəmiyyətə həm tanıtmaq, təbliğ etmək, həm də məktəblilərə vətən yolunda fədakarlıq göstərənləri nümunə göstərməkdir. Müharibə iştirakçılarının asudə vaxtını təşkil etmək üçün mühitlərini dəyişmək məqsədi ilə səyahətlər təşkil olunacaq: Masallı,Bakı şəhərində beş məktəbdə görüşlər keçiriləcək, çay süfrəsi veriləcək.
İlk tədbir Ramana qəsəbəsində Xankəndi 4 nömrəli məktəbdə keçirildi. Layihə rəhbəri Aysunay Həsənova tədbiri açaraq layihə haqda məlumat verdi. Layihə rəhbərinin köməkçisi Mətanət Cəfərova da şagirdlərlə söhbətində qəhrəmanlarımız barədə məlumat verərək,şagirdlərə xitabən müharibədə iştirak edən doğmaları barədə məlumat vermələrini xahiş etdi.Şagirdlərdən Ayxan Tatarov, Oruc Şükürov, Mehrin Hüseynli, Aysu Salahlı, Zəhra Abbasova, Fəqan Ağayev, Şahin Qarayev atalarının, dayılarının, əmilərinin qəhrəmanlıqlarından danışdılar. Onu da qeyd etdilər ki, məktəbin hər sinifi bir şəhidin adını daşıyır. Siniflərə daxil olanda hər dəfə şəhidləri yad edirlər.
Layihə rəhbəri Aysunay Həsənova, Mətanət Cəfərova məktəblilərə tövsiyyələrini verdilər. Yaxşı oxumalarını, çoxlu xarici dil billmələrini arzuladılar.
Tədbirin sonunda şirniyyat və çay süfrəsi arxasında söhbərlər davam etdirildi.
Layihənin ikinci tədbiri Malıbəyli 1nömrəli məktəbdə keçirildi.
Əvvəlcə layihə rəhbəri Aysunay Həsənova şəhidlərimizin xatirəsini bir dəqiqlik sükutla yad edilməsini təklif etdi. Daha sonra qeyd etdi ki, “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə görüşlər” layihəsi Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi müharibə iştirakçılarının asudə vaxtını təşkil etməklə, onları cəmiyyətə həm tanıtmaq, təbliğ etmək, həm də məktəblilərə vətən yolunda fədakarlıq göstərənləri nümunə göstərməkdir.
Tədbirdə iştirak edən layihə rəhbərinin köməkçisi Mətanət Cəfərova da qeyd etdi ki, burada iştirak edən şagirdlər Malıbəylini görməsələr də Müzəffər Ordumuzun köməyi ilə 30 illik həsrətə son qoyuldu. İndi həmin ərqazilərdə bərpa-tikinti işləri aparılır. Dünən döyüş cəbhələrində torpağımızı azad edən atalarınız, dayılarınız, əmiləriniz bu gün Qarabağı yenidən quranların sırasındadılar.Gün gələcək o yurdlara köçəcəksiz. Orada yeni tikilən məktəblərdə oxuyacaqsız.
Sönra layihə rəhbəri Aysunay Həsənova, Mətanət Cəfərova şagirdlərlə sorğu keçirdilər. Qəhrəmanlar barədə sual-cavab etdilər. Şagirdlərdən Royal Sadqov, Nihad Fərəczadə, Hüseyn Əlizadə, Aytac Eyvazova, Səma Məmmədova, Xədicə Hüseynova, Zinyət Rəhimova, Aysel İbrahimli vətən qəhrəmanlarının keçdiyi yoldan danışdılar. Tədbirə görə minnətdarlıq bildirdilər.
Bu tədbirdə də foto-video çəkildi, iştirakçı siyashıları tərib edildi,şirniyyat və çay süfrəsi arxasında söhbərlər aparıldı.