”Azərbaycan bayrağı”ordenli əsgər Qurban İbrahimov yad edildi
Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçisi,”Azərbaycan bayrağı”ordenli əsgər Qurban İbrahimovun anadan olmasının 25 illiyinə həsr olunmuş “ Cəsur döyüşçü Qurban ibrahimov- 25 il” adlı anım tədbiri keçirilib.
YeniZamantv.az xəbər verir ki, tədbiri Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə açıb.
Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himnimiz oxunub.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə Vətən Müharibəsində qəhrəmanlıq göstərən oğulların sırasında olan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçisi əsgər Qurban İbrahimovun qısa , lakin nümunə olacaq həyatından danışıb.
Şəhid Qurban İbrahimova həsr olunmuş “ VƏTƏN UĞRUNDA “ adlı sənədli film nümayiş olunub.
Daha sonra əsgər Qurban İbrahimovun döyüş yoldaşı, Vətən Müharibəsi iştirakçısı, “ Cəsur döyüşçü “ Xocavənd və Şuşanın azad olunmasına görə təltif olunmuş Bilal Məmmədzadə , şəhidin qardaşı kapitan Aftandil İbrahimov və anası İntizar ibrahimova xatirələrini danışdılar.
Tədbirin sonunda Müdafiə Nazirliyinin Həzi Aslanov adına ideoloji iş və mədəniyyət mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.