17.04.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Araşdırma

Dünya

Dünya

Sağlamlıq

Cəmiyyət

Siyasət

Ekologiya

Xəbərlər

Xəbərlər

Xəbərlər

Araşdırma

Cəmiyyət

Araşdırma

Dünya

Dünya

Sağlamlıq

Cəmiyyət

Siyasət

Ekologiya

Rusiya yeni təşkilat yaradır – Siyahıda Azərbaycan da var

 Rusiya yeni təşkilat yaradır – Siyahıda Azərbaycan da var

Rusiya 3+3 platformasını Cənubi Qafqaz məsələsində tamhüquqlu təşkilata çevirmək üzərində işləyir.

YeniZamantv.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Azərbaycan-Ermənistan sülh prosesindən danışan rusiyalı diplomat Moskvanın vasitəçiliyi ilə imzalanmış sənədləri xatırladıb:

“Əminik ki, 2020-2023-cü illərdə imzalanmış üçtərəfli sazişlər kompleksi xətti üzrə əlaqələndirilmiş irəliləyiş bizə regionda sabit sülhü təmin etməyə və onun yaradıcı potensialını üzə çıxarmağa imkan verəcək.

Biz əvvəlki kimi, Ermənistan-Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə normallaşmasına dəstək verməkdən çəkinmirik. Bütün region ölkələrinin maraqlarının uzlaşdırılmasında 3+3 regional əməkdaşlıq platformasına mühüm yer veririk. Biz onu Cənubi Qafqazda tamhüquqlu əməkdaşlıq təşkilatına çevirmək üzərində işləyirik”.

Qeyd edək ki, 3+3 regional platformasına Azərbaycan, Türkiyə, Rusiya. Gürcüstan, Ermənistan və İran daxildir./teleqraf.com

Paylaşın:

Digər yazılar