Reuters: ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək
Bayden Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.
YeniZamantv.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin bu həftə Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyaları açıqlayacağı gözlənilir. Bu barədə “Reuters” agentliyi adı açıqlanmayan amerikalı məmura istinadən xəbər verir .
Agentlik hansı məhdudiyyətlərin tətbiq olunacağını dəqiqləşdirməyib. Qeyd olunur ki, Baydenin köməkçiləri atılan addımlar barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın köməkçilərini məlumatlandırırlar.
Agentlik yazır ki, ABŞ Rusiyaya dəstək verdiyi iddiası ilə bir sıra Çin müəssisələrinə qarşı da sanksiyalar tətbiq edə bilər.