“Pezeşkianın Bakı səfərinə hazırlıq görülür” – Açıqlama
“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana və Ermənistana səfərləri Prezident Məsud Pezeşkianın Cənubi Qafqazın iki ölkəsinə gələcəkdəki səfərinə hazırlıq məqsədi daşıyır”.
YeniZamantv.az Turkustan.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Məsud Pezeşkian bu ay Moskvaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə strateji sazişi imzalayacaq:
“Pezeşkianın il ərzində Azərbaycana da səfərinin reallaşacağını proqnozlaşdırmaq olar. Maraqlı olan Pezeşkianın birinci Azərbaycana, yoxsa Ermənistana səfər edəcəyidir? O yalnız Azərbaycana səfər edib Ermənistana səfəri sonrakı mərhələyə saxlasa, İrandakı mühafizəkarların sərt tənqidinə məruz qalacaq. Ona görə Pezeşkian Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycana, buradan da Ermənistana səfər edə bilər”.