11.01.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Köşə

Araşdırma

Hərb

Dünya

Araşdırma

Araşdırma

Cəmiyyət

Cəmiyyət

Ekologiya

Siyasət

İqtisadiyyat

Cəmiyyət

Rusiyaya böyük zərbə – Ermənistan Moskvanı çıxılmaz vəziyyətə salıb

 Rusiyaya böyük zərbə – Ermənistan Moskvanı çıxılmaz vəziyyətə salıb

Ermənistanın Avropa İttifaqına üzv olmaqla bağlı yayılan fikirlər böyük səs-küyə səbəb olub. Belə ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır. Overçukun sözlərinə görə, bu iki birliyin nə vaxtsa yaxınlaşacağını təsəvvür etmək mümkün deyil. Digər bir neçə ölkə rəsmisi də bənzər fikirlər səsləndirir.

YeniZamantv.az xəbər verir ki,Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistanın uzun müddətdir, Qərbyönümlü siyasət yürütməsi fonunda Aİ-ə üzvlük haqqında məsələnin müzakirə olunması təbiidir:

“Bu, Ermənistanın Qərb meylli siyasətinin məntiqi davamıdır. Rəsmi İrəvanın Aİİ və KTMT-də təmsil olunması onun başqa bir Qərb blokuna qoşulmasını istisna edir. Ermənistan gələcəkdə Aİ-yə üzv olacaqsa, adı çəkilən hər iki təşkilatdan çıxmalıdır. Müəyyən prosedurları və mərhələləri nəzərə alsaq yaxın vaxtlarda Aİ-ə üzvlük gözlənilmir”.

Kənan Novruzov

Siyasi şərhçi Ermənistanın Avropa İttifaqına üzvlüyə hazır olmadığını düşünür:

“İrəvan həmin təşkilatlardan çıxarsa, Rusiya ilə münasibətləri korlanacaq. Ermənistan hökuməti də buna getmək istəmir. Kremlin səbrinin sona çatdığını və hər hansı cəza metodundan istifadə edə biləcəyini yaxşı bilir. Bu məsələnin müzakirə edilməsi uzaq müddətli perspektivə hesablanıb. Eyni zamanda ictimai rəyə təsir etmək məqsədi daşıyır”.

Paylaşın:

Digər yazılar