16.01.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Daxili siyasət

Cəmiyyət

Hərb

Dünya

Xəbərlər

Dünya

Qarabağ

Siyasət

Hərb

Köşə

Araşdırma

Cəmiyyət

AZAL-ın təyyarəsinin “qara qutu”larından XƏBƏR VAR

 AZAL-ın təyyarəsinin “qara qutu”larından XƏBƏR VAR

AZAL-ın kənar müdaxilə nəticəsində qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları Braziliyadan Astanaya gətirilib.

YeniZamantv.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, “qara qutu”lar hadisənin səbəblərini araşdıran komissiyaya təhvil verilib.

Növbəti mərhələdə komissiya hadisənin nəticələri ilə bağlı yekun rəy verəcək.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb./modern.az

Paylaşın:

Digər yazılar