16.01.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Daxili siyasət

Cəmiyyət

Hərb

Dünya

Xəbərlər

Dünya

Qarabağ

Siyasət

Hərb

Köşə

Araşdırma

Cəmiyyət

Ermənistan-ABŞ sazişində Qarabağ haqda görün nə yazılıb

 Ermənistan-ABŞ sazişində Qarabağ haqda görün nə yazılıb

“Ermənistan-ABŞ strateji tərəfdaşlığının nizamnaməsində qeyd olunur ki, “ABŞ Dağlıq Qarabağdan didərgin düşmüş şəxslərə və qaçqınlara yardım göstərməkdə Ermənistana dəstəyi davam etdirməyi planlaşdırır”. Mahiyyət etibarı ilə tərəflər sənəddə “məcburi deportasiya” ifadəsini qeyd etməkdən yayındılar”.

YeniZamantv.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyanın yazıb.

O, nizamnamədə məsələnin “böhran” kimi təqdim edilməsini ermənilər üçün neqativ hal kimi dəyərləndirib.

Abramyan təəssüflə qeyd edib ki, ABŞ Azərbaycanın Qarabağdakı keçirdiyi əməliyyatları və ermənilərin ərazini tərk etməsini sadəcə böhran olaraq qiymətləndirir:

“Bəziləri hesab edirdi ki, Ermənistan hökuməti yalnız Azərbaycanla danışıqlarda güzəştə gedir. Lakin hətta başqa ölkələrlə münasibətlər qurarkən, üçüncü dövlətlərlə sənədlər imzalanarkən Ermənistan hökuməti erməni maraqlarını qurban verməkdə davam edir”.

Qeyd edək ki, T.Abramyanın “məcburi deportasiya” ifadəsi əsassızdır. Belə ki, Qarabağ erməniləri rəsmi Bakının təkliflərinə rəğmən regionu öz istəkləri ilə, heç bir təzyiq görmədən tərk ediblər./Globalinfo.az

Paylaşın:

Digər yazılar