Prezident Ərdoğandan atəşkəs açıqlaması: Qəzzanın yaralarını birlikdə sağaldacağıq
Türkiyə prezidenti Ərdoğan İsraillə Həmas arasında əldə olunan atəşkəs razılaşması ilə bağlı açıqlamalar verib.
YeniZamantv.az xəbər verir ki, Ərdoğan Qəzzada atəşkəslə bağlı açıqlama verərək, “Fələstin Müqavimət Hərəkatı HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayırıq” deyib.
“Ümid edirik ki, razılaşma bölgəmizə və bütün bəşəriyyətə, xüsusilə Fələstinli qardaşlarımıza faydalı olacaq və daimi sülh və sabitliyə qapı açacaq. İsrailin qeyri-qanuni və qeyri-insani hücumlarına qarşı öz torpağını və azadlığını mərdliklə müdafiə edən Qəzzanın qəhrəman xalqını və igid oğullarını hörmətlə salamlayırıq. Biz Türkiyə olaraq fələstinli qardaşlarımızı zülm və zalımlarla mübarizədə bir an belə tək buraxmadıq. İnşallah bundan sonra Qəzzə xalqının yanında olacağıq və Qəzzanın yaralarını sağaltmaq və ayağa qalxmaq üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Bu münasibətlə Qəzzə torpaqlarını müqəddəs qanları ilə sulayan bütün şəhidlərimizi rəhmətlə yad edir, atəşkəs razılaşmasının xeyirli olmasını Allahdan diləyirəm”.