17.01.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Uncategorized

Siyasət

Siyasət

Daxili siyasət

Cəmiyyət

Hərb

Dünya

Xəbərlər

Dünya

Qarabağ

Siyasət

Hərb

Ceyhun Bayramov: Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı təhdidlər var

 Ceyhun Bayramov: Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı təhdidlər var

Ermənistandakı revanşist meyillər Azərbaycan üçün narahatlıq mənbəyidir.

YeniZamantv.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Cənubi Qafqazdakı təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan postmünaqişə məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub. Azərbaycan-Gürcüstan münasibətlərini səciyyələndirən amillərdən biri də bir-birimizin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Ermənistanın Azərbaycana münasibətində isə biz bunu deyə bilmərik”, – XİN başçısı vurğulayıb.

C.Bayramov əlavə edib ki, Azərbaycan hərbi güclə beynəlxalq hüququn tələblərini icra etmək məcburiyyətində qalıb:

“Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Son dörd ildə sülh sazişi üzrə çox böyük irəliləyiş əldə olunub, delimitasiya üzrə ilkin müsbət nəticələr əldə olunub. Ancaq hələ də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır”.

Paylaşın:

Digər yazılar