“TV1 Media” yayım lisenziyası ALDI
31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
YeniZamantv.az “TV1”-Ə istinadənxəbər verir ki, bu barədə Şuradan verilən məlumatda bildirilir.
Qeyd olunur ki, iclasda bir sıra məsələlərə baxılıb.
İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.
Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı – “Pro Media Group” MMC (radio kanalın adı: “Planet FM”) və “Broadcast Media” MMC (radio kanalın adı: “Dalğa FM”) qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib. Qərarlara əsasən ilkin mərhələdə “Bakı Teleqüllə Kompleksi”ndən 88.7 MHs radiotezliyi “Pro Media Group” MMC-nin, 92.5 MHs radiotezliyi isə “Broadcast Media” MMC-nin istifadəsinə ayrılıb.