19.01.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Kriminal

Xəbərlər

Dünya

Sağlamlıq

Günün mövzusu

Sağlamlıq

Siyasət

Araşdırma

Hərb

Səfərlər

Uncategorized

Siyasət

Xarici işlər naziri kanslerdən niyə küsüb? – SƏBƏB

 Xarici işlər naziri kanslerdən niyə küsüb? – SƏBƏB

Almaniyanın kansleri Olaf Şolts hökumətin iclasını tərk edən ölkənin xarici işlər naziri Annalena Berbokla anlaşılmazlıq yaşayıb.

YeniZamantv.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, Şolts Ukraynaya yeni yardım paketini bloklayarkən, xarici işlər naziri Annalena Berbok hökumətin iclasını tərk edib. Bu zaman Şolts Berboku dayandırmaq istəsə də, ona əli çatmayıb.

Mətbuatda yer alan xəbərlərə görə, Berbok və Şolts arasındakı fikir ayrılığına səbəb Almaniyanın müdafiə naziri Boris Pistoriusun da qəbul etməkdə israrlı olduğu 3 milyard avroluq yardım paketi olub.

Annalena Berbok kanslerin vetosunu açıq şəkildə tənqid edib.

Məlumata görə, Berbok və Pistorius sənədlərin tərtibi üçün bir neçə ay sərf ediblər. Noyabrın əvvəlində Şolts özü Almaniyanın Azad Demokratik Partiyasının (FDP) lideri, maliyyə naziri Kristofer Lindneri Ukraynanın çox ehtiyac duyduğu vəsaitləri əngəlləməkdə ittiham etsə də, bu dəfə paketi özü bloklayıb.

Kanslerlə xarici işlər nazirinin bu olay zamanı çəkilmiş fotosu mətbuatda yayımlanıb və diqqətləri özünə çəkib.

Paylaşın:

Digər yazılar